Azad: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Teq: Geri qaytarıldı
Sətir 17:
* Başqalarının azadlığını əlindən alanların özlərinin azad olmağa haqqı yoxdur. [[Avraam Linkoln]]
* Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. [[İmam Hüseyn]]
* Birləşmənin elə bir ümumi [[forma]]sını tapmaq lazımdır ki, bu [[forma]] özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi [[azad]] olsun və yalnız özünə itaət etsin. [[Jan Jak Russo]]
* Bu mübarizədə mənim ən yüksək məqsədim ittifaqın qorunması, köləliyin qorunmaması və ya məhv edilməsidir. Əgər mən hər hansı bir qulu azad etmədən ittifaqı xilas edə bilsəydim, mən bunu edərdim və əgər mən bütün qulları azad edib onu xilas edə bilsəydim, bunu edərdim, əgər mən bəzi qulları azad edib, bəzilərini isə azad edə bilməyib onu xilas edə bilsəydim, bunu edərdim. Köləlik məsələsində və rəngli irq üçün etdiyim hər şeyi ona görə edirəm ki, bunun ittifaqı qorumağa kömək edəcəyinə əminəm... [[Avraam Linkoln]]