Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 167:
* İllüziyalar bizə maraqlı gəlir; çünki bizi əzabdan qurtarır, həzzə yönəldir. Elə ona görə hətta həqiqətlərlə mübarizə aparıb onları qırıq-qırıq edəndə də illüziyaları şikayətlənmədən olduğu kimi qəbul etməliyik.
* İllüziyalar bizi ağrıdan xilas etdiyinə və əvəzində həzz bəxş etdiyinə görə cəzbedicidir. Ona görə də biz həqiqətin bir hissəsi ilə ziddiyyətdə olarkən bu illüziyaları düşünmədən qəbul etməliyik. Belə olan halda illüziyalar dağılır.
* İnsan ağlının instinktlər qarşısında aciz olduğunu iddia edə bilərsiniz. Hətta bu iddianız haqlı çıxa da bilər. Ancaq həmin acizlikdə nəsə qəribəlik olduğunu qəbul etməlisiniz. Çünki hər nə qədər qulağa xoş gəlsə də, ağlın səsi ona söz verilənə kimi susmayacaq və saysız-hesabsız rədd cavabı aldıqdan sonra, nəhayət, müvəffəqiyyət qazanıb məqsədinə çatacaqdır. İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza[[nevroz]]a yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az "kamil" olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır.
* İnsan bəzən pulu az olanda pulu çox olduğundan daha əliaçıq olur. Ola bilsin ki, o bunu ona görə edir ki, onun pulunun heç olmamasını düşünməsinlər.
* İnsan ruhunun sirri uşaqlıq dövrünün ruhi dramlarında cəmləşir. Bu dramları araşdırsanız, şəfa tapacaqsınız.
Sətir 190:
* İnsanlar tərəfindən qəbul olunmasa da, "kişilər sevilmək istəməyən kobud məxluqlardır" və ya "kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər" kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya böyük yer tutur.
* İnsanların əksəriyyəti azadlığı həqiqətən istəmir; çünki azadlıq üçün məsuliyyət daşımalısan və insanların çoxu da bundan qorxur.
* İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox [[nevroz]] insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır.
* İntellektin səsi yavaş çıxır və o dediklərini təkrar etməkdən yorulmur, nəticədə onun dinləyiciləri də tapılır.
* İntellektual məşğuliyyət haqqında belə bir həqiqət vardır: düşüncə barəsində verilən vacib qərarlar, bir dövrə damğasını vuran böyük kəşflər və ciddi problemlərin effektiv həlli yolları ancaq təkcə işləyən və tənha insanlara qismət olmuşdur.