Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 76:
* Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz "eqo" əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir.
* Elə bir insan yoxdur ki, o, həzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzdən imtina etmək tələbini əsaslandırır.
* Elə bir [[nevroz]] insan yoxdur ki, başqalarına qarşı bəslədiyi cinayət törətmə istəyini özünə yönəldib, intihar fikrinə düşməsin.
* Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir.
* "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.