Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 101:
* Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər.
* Əgər uşaq dünyaya gətirmə fəaliyyətini şüurlu, məqsədyönlü prosesə çevirə və təbii ehtiyaclardan birinin ödənilməsi məcburiyyəti halından çıxara bilsək, onda bəşər tarixinin ən böyük müvəffəqiyyətinə imza atar və insanı təbiət tərəfindən məruz qaldığı ən böyük təzyiqlərin birindən qurtarardıq.
* Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur. Həmçinin elmin əxlaq sistemi yaratmasını gözləmək ağılsızlıqdır. Yeri gəlmişkən, bunu da yada salmaq pis olmazdı: hələ dünən dördkünc olduğu zənn edilən atomun forması bu gün dairəvi qəbul edilir və bütün dindarlar da fürsətdən istifadə edib, ədalətsiz və qərəzli şəkildə bu vəziyyətdən yararlanırlar. Bu halda fizika elmi təbiət üzərində hakimiyyətimizi daha da gücləndirəndə bu insanlar yaranan bütün dəyişikliklərə qarşı yenə belə laqeyd və biganə qalsınlar.
* Əksər insanlar azadlığı həqiqətən istəmirlər, çünki azadlıq məsuliyyət tələb edir. Məsuliyyət isə əksər insanları qorxudur.
* Əlindəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.