Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 200:
* İnsanlar reallığı qeyri-qənaətbəxş hesab edirlər və buna görə də arzularının yerinə yetirilməsini xəyal edərək xəyal dünyasında yaşayırlar. Güclü şəxsiyyət bu istəkləri reallığa çevirir. Zəif adam isə öz dünyasında yaşayır və onun fantaziyaları müxtəlif xəstəliklərin simptomlarına çevrilir.
* İnsanlar tərəfindən qəbul olunmasa da, "kişilər sevilmək istəməyən kobud məxluqlardır" və ya "kişilər hücuma məruz qalanda ancaq özlərini müdafiə edirlər" kimi fikirlərdə az-çox həqiqət vardır. Ancaq bunu da demək lazımdır ki, kişi instinktləri arasında aqressiya böyük yer tutur.
* İnsanlara tuşladığımız tənqidlər sadəcə “içində onlara xoş gəlməyən sözlər” olduğu təqdirdə təsir edib, müxtəlif hisslərini oyadacaqdır; yoxsa başqa sözlərin elə də faydası olmayacaqdır.
* İnsanların əksəriyyəti azadlığı həqiqətən istəmir; çünki azadlıq üçün məsuliyyət daşımalısan və insanların çoxu da bundan qorxur.
* İnsanların üstündə apardığımız psixoanalizlər bizə təkidlə bunu göstərmişdir: hər insanın tanrısı öz atasının şəklində təzahür edir. İnsanın tanrıya münasibəti atası ilə mövcud əlaqəsinə uyğun formalaşır və buna uyğun dəyişib yeni şəkillərə düşür. Əslində Tanrı şişirdilmiş ata fiqurundan başqa bir şey deyil.