Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 186:
* İnsan xoşbəxt olmaq istəyir; ona görə də pis gündədir.
* İnsan komplekslərini yox etmək üçün özünü oda-közə vurmaqdansa, onlarla yaşamağı öyrənməlidir; çünki bu komplekslər onun hal və hərəkətlərini istiqamətləndirən tam qanuni qüvvələrdir.
* İnsan orqanizminin müəyyən həddi vardır və təcrübələr əsasında təsdiqlənmişdir ki, bu hədd aşılanda insanların əksəriyyəti sivilizasiyanın tələbləri qarşısında əzilir. Beləliklə, özlərinə əziyyət verib daha yüksək standartlara çatmaq istəyən şəxslərin nevroza yoluxma ehtimalları qat-qat çoxdur. Bu halda onların idealistlikdən imtina edib, daha az “kamil” olmağa səy göstərmələri özləri üçün daha faydalı olacaqdır.
* İnsan səhv edə-edə mütləq həqiqətə çatır.
* İnsan sevəndə sərsəmləyir.
* İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb.
* İnsan son bir neçə nəsil boyunca təbii elmlər sahəsində və bu elmlərdən alınan biliklərin tətbiqi nəticəsində təbiətə hökm edilməsi mövzularında əvvəllər ağlına belə gətirməyəcəyi sürətlə inkişafa nail olmuşdur. Bu təkamülün mərhələləri hamıya məlum olduğu üçün bircə-bircə sadalamağımıza ehtiyac yoxdur. İnsanlar qazandıqları uğurdan çox razıdırlar. Əslində buna görə haqlıdırlar. Ancaq deyəsən zaman və məkan üstündə əldə etdikləri gücün və minillik həsrətləri olan təbiətə nəzarət məsələsinin onları daha xoşbəxt etmədiyini, həyatdan aldıqları zövqün gözlədikləri kimi qənaətbəxş olmadığını başa düşüblər. Onda bu həqiqəti də nəzərə alıb, aşağıdakı nəticəyə gəlirik: təbiət üstündə hökmranlıq etmək xoşbəxtliyin yeganə şərti deyil...
* İnsanı xoşbəxt etmək Yaradanın planlarına daxil olmayıb.
* İnsanın ağlı aysberqə oxşayır; həcminin, sadəcə, yeddidə biri suyun səthində, qalanı isə altındadır.
* İnsanın cinsi mövzularda nümayiş etdirdiyi davranışlar onun həyatındakı digər davranış qəliblərinin demo-nümunəsidir.