Ziqmund Freyd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 121:
* Fantaziyaların arxasındakı ruhlandırıcı güc həyata keçirilməmiş arzulardır. Hər bir fantaziya başqa bir arzunun həyata keçirilməsi, insanı qane etməyən reallığın onun ürəyincə düzəldilməsidir.
* Fəlsəfə ehtimallardan uzağa gedə bilmir və hər bir təsdiqində şübhə yeri saxlayır.
* Fərdin azadlığı sivilizasiyanın bizə bəxş etdiyi hədiyyə deyildir. Əksinə, sivilizasiya icad olunmamışdan əvvəl fərd öz azadlığının qızıl dövrünü yaşayırdı.
* Fərd öz idealından imtina edir və onu liderdə təcəssüm olunan kütləvi idealla əvəz edir.
* Fərdin azadlığı sivilizasiyanın bizə bəxş etdiyi hədiyyə deyildir. Əksinə, sivilizasiya icad olunmamışdan əvvəl fərd öz azadlığının qızıl dövrünü yaşayırdı.
* Fərdin, eləcə də bütün bəşəriyyətin inkişafında mədəniyyət amili kimi eqoizmdən altruizmə dönüşü yalnız sevgi yaratdı.
* Fərdin mənəvi inkişafı insan irqinin inkişaf prosesinin qısa təkrarıdır.
* Fiziki xəstəlikdən əziyyət çəkən şəxslər obyektə duyduqları sevgini yavaş-yavaş itirməyə başlayırlar. Bu məqamda şəhvətlə eqo eyni taleyi bölüşərək, ayrılmaz vahidə çevrilirlər. Beləliklə, xəstənin məlum eqoizmi hər ikisinə də şamil olur. Biz isə bu halı olduqca təbii qarşılayırıq; çünki çox yaxşı bilirik ki, eyni vəziyyətə düşsək, həmin şeyi edəcəyik. Fiziki nasazlıqlar sevgiyə həvəsi öldürüb, laqeydlik yaradır. Bu mövzuya karikaturaçılar tez-tez müraciət edirlər.