Tam: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16:
* Ədalət məhkəmələrinin tam müstəqilliyi məhdud konstitusiya üçün lazımlı bir qanundur. [[Aleksandr Hamilton]]
* Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. [[Erix Fromm]]
== H ==
* Həqiqətin yarısını öz gücünə bilmək, onu tam halda başqalarının sözləri ilə öyrənib tutuquşu kimi əzbərləməkdən yaxşıdır. [[Romen Rollan]]
 
== İ ==
* İnsan elə yaradılıb ki, həmişə başqalarından kömək tələb edir. Hər bir insanda başqalarında olmayan nə isə var. Hər bir insanın əsəbləri başqasının əsəblərindən daha həssasdır. Yalnız dostcasına bir-birini başa düşmək və qarşılıqlı kömək istənilən predmeti hərtərəfli, tam aydınlıqla görməyə imkan verər.[[Nikolay Qoqol]]