Faydalı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 17:
* Bir millət üçün faydalı olan şey o millətin təbiətinə uyğun olandır. [[Platon]]
* Bizdən sonrakı nəsillərə faydalı olacaq şəkildə yaşamadıqca və onlara bir az daha görüş, düşünmə, bir az daha çox cəsarət və əxlaq sağlamlığı bıraxmaıdqca həyatdan çəkilməyin. P. Pecaut
* Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. [[Səməd bəy Mehmandarov]]
* Bütün ölkələrdə fəzilət və qüsur, mənəvi xeyir və şər cəmiyyət üçün faydalı və ya ziyanlı olması ilə müəyyən edilir. [[Volter]]
* Bütün rəqiblərinizi düşmən hesab etməyin. Tayfa daxilində və ondan kənarda digərləri ilə qarşıdurma da çox faydalı və dostcasına ola bilər. [[Atilla]]