Faydalı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 33:
* Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. [[Ziqmund Freyd]]
* Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. [[Sokrat]]
* Elm də çoxdur, lakin hamısı faydalı deyil. [[İsa]]
* Elm faydanı göstərər, vicdanlı olmağın isə hər şeydən faydalı olduğunu sübut edər. [[Fyodor Dostoyevski]]
* Ey dünyanı pisləyən, qınayan, sonra da onun aldanışlarına qapılan, baş tutmayacaq işlərinə aldanan, sonra yenə də onu qınamağa başlayan! Dünyaya aldanan sən deyilmisən ki, indi onu yamanlayırsan? Dünyada günah işləyən sənsən, yoxsa odur? Dünya nə vaxt sənin yolunu azdırdı, nə vaxt səni aldatdı? Bədənləri çürüyüb dağılmış ata-babalarınlamı aldatdı səni, yoxsa torpaq altında yatan analarının məzarlarıylamı tovlatdı səni? Onlar xəstələnəndə nə qədər xidmət etdin onlara, sağalmaları üçün nə qədər çalışdın, şəfa tapmalarına arzu etdin, həkim çağırdın, çarə dilədin. Amma bu zəhmətlərin heç birinə fayda vermədi, arzuların baş tutmadı, gücünlə, qüvvətinlə onları ölümün əlindən ala bilmədin. Getdilər. Dünya onların halıyla örnək göstərdi sənə, məzarlarıyla məzarını xatırlatdı sənə. [[Əli]]