"Faydalı" səhifəsinin versiyaları arasındakı fərqlər

241 bayt əlavə edildi ,  9 ay öncə
* Həqiqi incəsənətin əlaməti onun həmişə müasir, vacib və faydalı olmasıdır. [[Fyodor Dostoyevski]]
* Hər addımınızı bir şeyə - onun xalqa verdiyi fayda ilə ölçün. [[Urbana Dominik]]
* Hər fərdin öz şərtlərini yaxşılaşdırmağa istiqamətli təbii səyləri, qıraqdan ediləcək hər hansı bir köməkdən çox daha faydalıdır və cəmiyyətdə sərvət və rifahın artması üçün kifayətdir. [[Adam Smit]]
* Hər şey bir kənara, dəqiqəbaşı kitabın seksdən bəhs edən yerlərinə qayıdırdım, – nəsə faydalı şey oxumaq istəyirdim. Ancaq təəssüf ki, Heylşemdə olan kitabların xeyri az idi. On doqquzuncu əsr bu sahədə faydasız olan Tomas Hardi kimi yazıçılar tərəfindən geniş şəkildə təsvir olunurdu. [[Kazuo İşiquro]]
* Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə; "Mən əlimdən gələni etdim" - deyə biləsən. [[Uilyam Şekspir]]