Əbu Turxan: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 59:
* Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır.
* Elm Təbiət kitabını oxuyur və öyrəndiklərini təbiətin öz üzərində sınaqdan keçirir.
* Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir.
* Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır.
* Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır.
* Elmlə din arasında ziddiyyət o zaman yaranır ki, onlar təyinatını unudub bir-birini əvəz etmək istəyir.
* Eşqsiz insan tək ölümdən yox, həyatdan da qorxur.
* Eybəcər sifətə adət etmək və uyğunlaşmaq olar, çünki o həmişə eyni cür təzahür edir; eybəcər mənəviyyata isə uyğunlaşmaq olmur, çünki o həmişə müxtəlif formalarda təzahür edir.