Dəftərlər: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27:
== M ==
* Musiqi məni olduqca tez yorur, və musiqini nə qədər dərindən duyuramsa, bu yorulma da o qədər tez baş verir. Çünki musiqi, indicə içimdə yaratdığı düşüncələrimə, öngörülərimə, obrazlara, daxili təkanlarıma mane olmağa başlayır.
== Q ==
* O yazarı dərin sayıram ki, onun nitqi məni uzun müddət faydalı düşüncələrə sövq edə bilir. Bu vurğuladığım şərt əsas şərtdir. Fərasətli kələkbaz və hətta dərin düşüncə donuna bürünməyə alışmış adam, əlaqəsiz sözlərin aldadıcı quraşdırmasının yalançı dərinliyini asanlıqla göstərməyi bacaran adamdır. Bizə elə gəlir ki, mənanı anlamağa çalışırıq, əslində isə biz onda yalnız məna axtarırıq. Bu müəlliflər, onların verdiyi məlumatdan daha çox bizi onda nələrisə artırmağa məcbur edirlər. Müəllif məcbur edir ki, oxucunun salındığı çaşqınlıq əsərin dərk edilməsinin çətinliyinə yozulsun.
 
== P ==
* Poeziya nitq incəsənətidir və, deməli, mənfəətçiliyə və onun müasir artmasına qarşı çıxması labüddür. Şeirin nəsrdən fərqini artıran hər şey onun xeyrinədir.