Ernest Renan: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16:
 
== İ ==
* İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.<ref>Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.66</ref> [[Ernest Renan]]
* İnsanları inandıqları şeylərdən imtina etdirmək bir şeyə inandırmaqdan daha çətindir.
* İsti xatirələri olmayanlar üçün qış hər bir halda soyuq keçər.
 
== M ==
* Millət bir ruhdur, ruhani prinsipdir. İki şey bu ruhu, bu ruhani prinsipi yaradır. Biri keçmişdə, o biri indidədir. Biri zəngin ümumi xatirələrə malik olmaqdır; o biri ümumi müqavilə, birgə yaşamaq arzusudur, bizə miras qalmış bölünməz irsdən birgə istifadəni davam etdirmək iradəsidir... Qəhrəman keçmiş, dahi şəxsiyyətlər, şöhrət (amma həqiqi) - milli ideyanın söykəndiyi başlıca kapital budur. Keçmişdə ümumi şöhrətə, gələcəkdə ümumi istəyə malik olmaq, birgə böyük işlər görmək, onları gələcəkdə də arzulamaq - xalq olmağın başlıca şərtləridir... Keçmişdə ümumi şöhrəti və peşmançılıqları bölüşmək, həmin proqramı gələcəkdə də həyata keçirmək, birgə əzab çəkmək, sevinmək, ümid etmək, bunlar ümumi gömrük və sərhədlərdən də önəmlidir; irq və dil fərqindən asılı olmayaraq başa düşülən məhz budur. İndicə "birgə əzab çəkmək" dedim, bəli, ümumi əzab insanları ümumi sevincdən daha çox birləşdirir..."