İmmanuel Kant: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 121:
== <big>Təmiz idrakın tənqidi (1787) </big> Kritik der reinen Vernunft ==
 
* '''Bizim bütün biliyimiz [Erkenntnis] təcrübə [Erfahrung] ilə başlayır, buna heç şübhə yoxdur...<br /> Lakin baxmayaraq ki, bizim bütün biliyimiz təcrübədən başlayır, bu heç də o demək deyil ki, o, bütövlükdə təcrübədən yaranır. Çünki çox mümkündür ki, bizim təcrübi biliyimiz bizim təəssüratlarımız vasitəsilə aldığımızdan və bizim dərk etmə qabiliyyətimizin özünün (ancaq hissi təəssüratlar vasitəsilə yığılmış (biliklər)) verdiyindən təşkil olunur, biz bu əlavəni, uzun müddətli praktika bizim diqqətimizi buna yönəldənə və bizə bunu ayırmaq bacarığı verənə qədər orijinal materialdan fərqləndirə bilmirik.<br /> Buna görə də ən azı daha ətraflı bir tədqiqat və ilk görünüşdən birbaşa aydın olmayan sual tələb olunur: təcrübədən və hətta duyğuların təəssüratlarından tamamilə asılı olmayan bilik mövcuddurmu? Belə bilik a prior adlanır və empirikdən fərqləndirilir, hansı ki, öz mənbələrini a posterior (olaraq), daha doğrusu təcrübədə əldə edir... <br /> A prior biliklər içində ancaq onlar təmiz (a prior biliklər) adlanır ki, onlara empirik heç bir şey qatışmır.'''
 
** Sitatın izahı: Məsələn, tutaq ki bir şəxs adi suyu 1 atmosfer təzyiqdə (yəni dəniz səviyyəsində) qaynadır. Şəxs suyu qaynadır və təzyiq və temperatura aid məlumatları əldə edir – a posterior (yəni təcrübədən sonra) olaraq. Sonra şəxs bu təcrübəni 3000 m hündürlükdə təkrar edir və a posterior olaraq öyrənir ki, 3000 m hündürlükdə atmosfer təzyiqi aşağı olduğundan su təqribən 90 dərəcədə qaynayır. Şəxs empirik yolla əldə etdiyi biliklərdən belə nəticə çıxarır ki, 5000 m hündürlükdə su təqribən 83 dərəcədə qaynaya bilər. Əgər əvvəlki iki halda əldə edilən bilik empirik və ya a posterior idisə, üçüncü halda şəxsin gəldiyi nəticə a prior (yəni təcrübədən qabaq) hesab olunur. Çünki, şəxs bu biliyi qazanmaq üçün öz duyğularından deyil, özünün idrak qabiliyyətindən istifadə edir. İnsan üçün təcrübədə əldə edilmiş biliklə, həmin biliklərin əsasında induktiv yolla və ya hesablama ilə əldə edilmiş biliyin ilk baxışdan fərqi yoxdur. Kant isə xüsusi olaraq bu fərqə diqqəti yönəldir. Baxmayaraq ki, üçüncü nəticə a prior bilikdir, Kant belə biliyi təmiz a prior hesab etmir. Çünki, onu əldə etmək üçün idrak əvvəlki təcrübələrdən və ya a posterior biliklərdən istifadə etmişdir.
Sətir 131:
* '''... bəzi biliklər hətta hər hansı mümkün təcrübə sahəsini tərk edirlər və təcrübədə heç bir yerdə münasib obyektlə ifadə oluna bilməyən anlayışlar [Begriffe] vasitəsilə bizim mühakimələrimizin miqyasını, göründüyü kimi, hər hansı təcrübə sərhədlərindən kənara genişləndirirlər. Duyğular dünyasından [Sinnenwelt] kənara çıxan, təcrübənin istiqamət və düzəliş verə bilmədiyi məhz bu sonuncu biliklərdə bizim idrakımızın elə axtarışları yerləşir ki, biz onları vacibliyinə görə daha yüksək və onların son məqsədinə görə mühakimənin fenomenlər [Erscheinungen] sahəsində öyrənə bildiyi hər şeydən daha ali hesab edirik, harda ki, biz hətta səhv etmək təhlükəsi ilə hər şeyə cürət edirik ki, belə mühüm araşdırmalardan hər hansı şübhə və ya lazımsızlıq [Geringschätzung], laqeydlik səbəbindən imtina etməyək. Təmiz idrakın özünün bu qaçılmaz məsələləri Allah, Azadlıq və Ölümsüzlükdür [Gott, Freiheit und Unsterblichkeit]. Elm, hansının ki, son məqsədi özünün bütün imkanları ilə bu problemləri həll etməyə yönəlmişdir, metafizika adlanır...'''
 
** Elə biliklər var ki, bizim duyğularımız vasitəsilə əldə etdiyimiz təcrübələrin və biliklərin sərhədlərindən kənarda yerləşir və həmin sahədə axtarış aparmaq üçün duyğularımız və qazandığımız təcrübələrimiz bizə kömək etmir. Biz hiss edirik ki, həmin biliklər bizim başqa həyati təcrübələrimizdən daha yüksəkdə durur, daha alidir. Biz səhv etməkdən , ruhdan düşməkdən çəkinməyib daim araşdırmalar aparırıq ki, həmin sahədə yeni biliklər əldə edə bilək. İdrakımızın məhz təcrübə və duyğulara söykənmədən araşdırma aparan həmin hissəsini Kant ''təmiz idrak'' adlandırır və təmiz idrakın araşdırma obyektləri həm də Allah, azadlıq və ölümsüzlükdür. Təmiz idrakın araşdırdığı heç bir təcrübəyə əsaslanmayan məsələləri öyrənən elm ''metafizika'' adlanır.
 
== İstinadlar ==