Bertran Rassel: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 5:
* Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir.
* Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər?
* Asudə vaxtınızı ağıllı idarə edə bilmək sivilizasiyanın ən yüksək səviyyəsidir.
* [[Azadlıq]] ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər [[təhsil]]li deyilik; biz ümumi [[təhsil]]in böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz [[təhsil]] haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. [[Nadan]] insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir.
* [[Azadlıq]] yalnız zamanın tələblərindən doğan saxta şəxsi xoşbəxtliklərdən imtina edənlərə verilir.