Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 88:
* Dostun üçün təmiz hava, çörək, dərman ola bildinmi? Bəziləri öz zəncirlərindən azad ola bilmələrsə də, dostlarını xilas edirlər.
* Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: “Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar… Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür.
* Dövlət bütün şirin və zəhərli dilləri ilə dil-dil ötür, dediklərinin hamısı da yalan-palandır, — əldə etdiklərinin, topladıqlarının hamısı da oğurluq maldan başqa bir şey deyildir. Ey böyük insanlar, yazıqlar olsun ki, o bu gün də sizin qulaqlarınıza öz mənhus yalanlarını pıçıldamaqda davam edir.
* Dövlətin qurtardığı yerdə insan önə çıxır. Yalnız orada, harada dövləti qurtarır, insan başlanır - artıq olmayan, amma lazım olan: orada kimin lazım olduğu barədə yeganə və təkraredilməz mahnı səslənir.
* Döyüşçü şirin meyvələri sevmir. Ona görə də o, qadını sevir. Ən şirin qadında isə müəyyən bir acılıq vardır.
* Dünya yeni səs-küy qaldıranların yox, yeni dəyərlər icad eləyənlərin ətrafında fırlanır. O, səssizcə fırlanır.