Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 339:
* Nə qədər yüksəlirsək yüksələk, uçmaq bilməyənlərə o qədər balaca görünürük.
* Nə Manu, nə Platon, nə Konfutsi, nə də yəhudi və xristian alimləri heç vaxt özlərinin yalan demək hüquqları olduğuna şübhə etməmişlər. Onlar digər başqa hüquqlarından da bol-bol istifadə etmişlər… Bunu belə bir düsturla ifadə etmək olar: Bəşəriyyətin indiyə qədər insanların əxlaq tərbiyəsində istifadə etdikləri vasitələr kökündən qeyri-əxlaqi olmuşdur.
* “Nə üçün şairlərin yalan danışdıqlarını deyirdin?” “Nə üçün?” – deyə Zərdüşt soruşdu. – “Sən hələ soruşursan da? Mən “nə üçün”, “niyə” suallarına cavab verməkdən xoşlanan adam deyiləm. Yadındadırmı, bir dəfə Zərdüşt sənə nə demişdi! Demişdimi ki, şairlərin dilinə düz söz gəlmir?.. Axı Zərdüşt özü də şair tayfasındandır. Sən elə bilirsən ki, o bunu deməklə həqiqəti söyləyirdi? Niyə belə fikirləşirsən? Amma orası da var ki, kimsə bütün ciddiyyəti ilə şairlərin yalançı olduqlarını deyir: o düzünü deyir. Bizim gün-güzaranımız yalan danışmaqla keçir. Biz çox az bilirik və bilmədiklərimizi öyrənməyə çox az səy edirik: ona görə də yalan danışmağa məcburuq.
* Nə vaxt ki, tərifdən və məzəmmətdən yüksəkdə olursunuz və sevən iradə kimi sizin iradəniz hər şey üzərində hökmran olmaq istətyirsə, o zaman sizin fəzilətiniz yaranır. Və nə vaxt ki, siz yumşaq yatağa və bütün xoş şeylərə nifrət etsəniz də, amma ən dəbdəbəli yatağın yanında yatanda sizin fəzilətiniz yaranır.
* Nə zaman dindar bir insanla danışsam, ardından əllərimi yumaq istəyirəm.