Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 156:
* Güllər, lalələr, qərənfillər, bütün çiçəklər solar, polad və dəmir qırılar, ancaq həqiqi dostluq nə solar, nə də qırılar.
* Gülməli deyilmi ki, hələ də müqəddəs, sarsılmaz bir qanunun varlığına inanırıq: “yalan danışmaq olmaz”, “öldürmək olmaz” – elə bir həyatda ki, onun mahiyyəti məhz əbədi yalan və insanların bir-birini durmadan məhv etməsi ilə xarakterizə olunur.
* Günah və cəza məfhumları, “xilas”, “bağışlanma” haqqında rəhmdillik təlimi – bunlar hamısı təpədən dırnağa qədər yalandır, heç bir psixoloji reallığa əsaslanmayan bu yalanlar insanları mahiyyət haqqında düşünmək axtarışlarından yayındırmaq üçündür. – bunlar səbəb və hadisə anlayışlarına qarşı bir sui-qəsddir.
* Gündə on dəfə həqiqəti tapmalısan, əks təqdirdə onu gecə də axtaracaqsan və ruhun ac qalacaq.
* Günə yaxşı başlamaq üçün ən yaxşı vasitə oyandıqdan sonra bu gün heç olmasa bir nəfərə sevinc bəxş etmək barədə düşünməkdir.