Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 110:
* [[Ehtiras]]: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır.
* [[Ehtiras]]: bütün azad ürəklər üçün günahsız və sərbəst, yerin xoşbəxtlik bağı, bayram bolluğu və gələcəyin hədiyyəsidir.
* Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir.
* [[Evlilik]] sevgi və ya dostluğa qadir olmayan, nə sevgidə, nə də dostluqda heç bir təcrübəsi olmayan və bu çatışmazlıq barədə özlərini və başqalarını aldatmaq istəyən insanlar üçün doğru görünə bilər və onlar bu evlilikdən məyus ola bilmirlər.
* Ey şərəfli müdriklər, sizin hamınız həqiqətə yox, xalqa, xurafata xidmət etdiniz!