Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 474:
* Yalan söyləmək azadlığını yasaq etmək – mən burada teoloqun məkirli niyyətini görürəm.
* Yalançı qeyri-həqiqini həqiqi kimi göstərməyə çalışır, bu o deməkdir ki, o, insanlar arasındakı mövcud konvensiyanı pozur.
* Yalanı günahsızcasına dodaqlarında gəzdirən bədgümanların pıçıltı ilə mənim haqqımda dediklərini eşidirəm. Bəzi fırıldaqçıların da yavaş-yavaş mənim müdriklik süfrəmin kənarına yaxınlaşdıqlarını görürəm [...]. Siz əvvəlcə yalan danışmağı öyrənin ki, həqiqəti söyləməyin nə olduğunu anlayasınız.
* Yalanın dərk olunması insana təbii sevinc və fərəh bəxş edir… Almanın toxumu onun öz içində qərar tutduğu kimi.
* Yalnız insan qravitasiya istiqamətinə qarşı müqavimət göstərir: o həmişə yuxarı yıxılmaq istəyir.