Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 417:
* Sən gəncsən və nikah haqqında, uşaq barəsində düşünürsən. Ancaq mənə cavab ver: uşaq istəməyə sənin haqqın varmı?... Sən özünə qalib gəlmisənmi, hissiyyatlarına hakimsənmi, fəzilətlərinin ağasısanmı?.. Yoxsa, sənin arzun heyvani hissiyyatdan və təbiət tələbkarlığından irəli gəlir? Yaxud tənhalıqdan və ya özündən razı olmamağından?
* Sən istəyirsən ki, səni hərəkətlərinə görə yox, fikirlərinə görə qiymətləndirsinlər? Amma sənin fikirlərin haradan yaranıb? Əlbəttə ki, hərəkətlərindən!
* “Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər… (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir)
* Sən yenidən uşaq olmalısan ki, utancaqlıq sənə mane olmasın. <ref>Xəzinə. Bakı, 1997. səh.42</ref>
* Səni sevirəmsə bundan sənə nə?