Fridrix Nitsşe: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 220:
* İdrak, asketizmin (zahidliyin, tərki-dünyalığın) formalarından biridir.
* İki dağ arasındakı məsafə azdır, amma bu məsafəni qət etmək üçün ayaqlarında güc olmalıdır.
* İki şey qoşa divar kimidir: yenilik və ənənə. Bunlar müqəddəs yalanların iki üzüdür. Bunları icad etmiş ziyalı zümrəsi həmin anlayışları elə Platonun şərh etdiyi kimi başa düşürlər.
* “İlluziyalar xoşbəxt olmaq üçün deyil, insanın mövcudluğunu qoruyub saxlamaq və onu ucaltmaq üçündür: illuziyasız heç bir inkişaf, təbədüllat mümkün deyildir: hətta idrakın irəliyə doğru hərəkəti də yalnız illuziyanın köməyi ilə mümkündür: Əgər biz dünyanı dərk etmək, düzgün hərəkət etmək və irəliyə getmək istəyiriksə, xəyal çeşməsinin keşiyində durmalıyıq”. Mən bir vaxtlar belə düşünürdüm.
* İlham pərisi yalan söyləyir. – “Biz yaxşı bilirik ki, dilimizdə yalan gəzdiririk” – Bir vaxtlar ilham pəriləri Hesiodla söhbətdə bunu etiraf etmişlər. – Yalançılığın sənətkar üçün adi bir hal olduğunun fərqinə varmaqla yalan haqqında çox həqiqətləri kəşf etmiş olarıq.