Paulo Koelyo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 74:
* Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur.
* Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl-ələ verib dünyanı kəşf etməyə çalışırdıq. Mən onu sevirdim, əlbəttə əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə. Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda, hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş vermişdi.
* Bizim mələklərimiz həmişə bizimlədirlər, onlar bizə nəsə demək üçün bəzən başqalarının dodaqlarından istifadə edirlər.
* Bizlərdən hər birimiz bu və ya digər anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz»”.
* Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.