Vəziyyət: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 12:
== Ə ==
* Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.<ref name="publika.az">Leyla Əliyeva. [http://publika.az/p/42223 Çinli milyarderin ərəb nağılı - Alibaba]. publika.az, 13.09.2014 {{az}}</ref> [[Cek Ma]]
== G ==
* Gözəl işlərsiz gözəl vəziyyət heç nədir. [[Denis Fonvizin]]
 
== H ==
* Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. [[Bertran Rassel]]