Azərbaycan atalar sözləri/Birlik və dostluq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 185.30.89.163 (müzakirə) tərəfindən edilmiş redaktələr geri qaytarılaraq 85.132.1.36 tərəfindən yaradılan sonuncu versiya bərpa olundu
Teq: Geri qaytarma
Sətir 1:
*Ağıllı düşmən nadan dostdan yaxşıdır.
Gedin Pubg Oynuyun Ala Atalar sozunu neynirsiz
*Baş-başa verməyincə daş yerindən qalxmaz.
*Birisi minə bağlıdır, mini də birə.
*Bir gün duz yediyin yerə, qırx gün salam ver.
*Dostsuz insan qanadsız quş kimidir.
*Birlik harada, dirilik orada.
*Bir su ki, girdi qaba, oldu içməli
*Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
*Qarı düşmən dost olmaz.
*Qoyun quzusunun ayağını basmaz.
*[[Qonşu]] qonşuya baxar, Canını oda yaxar.
*Qonşu qonşunun itini [[bayatı]] çağıra-çağıra tapar.
*Qonşu iti qonşuya hürməz.
*Qonşu qonşu olsa kor qız ərə gedər.
*Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
*Qonşum sağ olsun, ocağından od verməsin.
*Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
*Qonşunun haqqı axirət haqqıdır.
*Qonşu payı dolu gələr, dolu gedər.
*Qonşu [[paxıl]] olmasa, bağ çəpəri neylər?!
*Dağ dağa qovuşmaz, insan insana qovuşar.
*Doğru dostluq qərəzsiz olmaz.
*[[Dost]] başa baxar, [[düşmən]] ayağa.
*Dost dost tən gərək, tən olsa gen gərək.
*Dost dosta yaman gündə gərəkdir.
*Dost dar gündə tanınar.
*Dost ziyankar olmaz, ziyankar da dost olar.
*Dost yaman gündə tanınar.
*Dost yolunda boran olar, qar olar.
*Dost yolunda can qurban.
*Dostluqla tutub, düşmənliklə yıxma.
*Dost min isə azdır, düşmən bir isə çoxdur.
*Dostun versə qum, Al ovcunda yum!
*Əli ələ vurarsan, səs çıxmaz
*Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
*Yaxşı dostu yaman gündə sına.
*Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
*Yeməklə dost olan illərlə küsülü qalmaz.
*Yoldaşını nişan ver, özünü tanıt.
*Sidq ilə dost olan ürəkdən də bir gərək.
*Tək əldən səs çıxmaz.
*Hər şeyin təzəsi, dostun köhnəsi.
*Çox qarışqa bir şiri öldürər.
*Çörək itirən, çörək tapmaz.
 
[[Kateqoriya:Atalar sözləri]]