Vəfa Quluzadə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Sətir 14:
'''Vəfa Quluzadə''' (tam adı: Vəfa Mirzəağa oğlu Quluzadə; d. 21 dekabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1 may 2015, Bakı, Azərbaycan) — Azərbaycanın dövlət xadimi, politoloq, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun prezidenti və Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri.
 
== Sözləri ==
* Ermənistan Moskvaya yalnız lazım olduğu halda istifadə edilən tualet kağızı kimidir.<ref>[http://oxu.az/war/63901 Vəfa Quluzadə: Ermənistan tualet kağızı kimidir - MÜSAHİBƏ]</ref>
* Ermənistanın siyasi elitası və ideologiyasını özü deyil, tabe olduğu mərkəz formalaşdırır.<ref name="teleqraf">[http://teleqraf.com/news/40583 Vəfa Quluzadə: “Ermənistanı bataqlıqdan çıxmağa qoymayacaqlar” - MÜSAHİBƏ]</ref>
* Yaxın gələcəkdə İslam dəyərləri bütün dünyada qalib gələcək və yenilənmiş, müasirləşmiş islami pirinsiplərə əsaslanan İslam qurulacaqdır.<ref name="din">[http://azl.abna24.com/cultural/report/archive/2012/10/02/353040/story.html AİP-in 20 illiyi ilə əlaqədar Politoloq Vəfa Quluzadə müsahibə verib]</ref>
* Sovetlər vaxtında dinə qadağalar qoyuldu. Məscidlər söküldü, alimlər sürgünlərə məruz qaldılar. Buna baxmayaraq İslam dinini aradan apara bilmədilər. Çünki, din o zaman evlərdə və qəlblərdə idi.<ref name="din" />
* Mən həmişə ümummilli mövqelərdən, xalqımın, millətimin mövqeyindən çıxış etmişəm. Axıra qədər də belə olacaq...<ref name="buxar">[http://www.reportyor.com/?cat=musahibe&id=13905 Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə müsahibə verib]</ref>
* Mən nə iqtidardayam, nə müxalifətdə. "Oturmuşam samovardan yuxarı, Dəyir mənə samovarın buxarı..."<ref name="buxar" />
* Ruslar erməni adı altında Azərbaycanın 20 faizini işğal ediblərsə, dostluq adı ilə Ermənistanın 100 faiz torpağını işğal ediblər.<ref>[http://news.lent.az/news/101297 Vəfa Quluzadə: “Ramil Səfərov cinayətkar olmayıb”-MÜSAHİBƏ]</ref>
* Mən rus xalqının əleyhinə deyiləm, amma çarların vaxtından onlar kölə olublar.<ref name="dissident">[http://teleqraf.com/news/742 “Heç vaxt dissident olmamışam” - BRİFİNQ - FOTO]</ref>
* Rus imperiyası tərkibində olan bütün xalqları müflis edib. Torpaqlarını dağıdıb. Çörəklərini də yeyibdir.<ref name="modern">[http://modern.az/articles/9896/1/ Vəfa Quluzadə: “Türkiyədən siyasi sığınacaq istədim, vermədilər” - MÜSAHİBƏ]</ref>
* Mən Azərbaycan mətbəxini bir nömrəli hesab edirəm.<ref name="modern" />
* Azərbaycan kimi mürəkkəb yerdə, inanmıram ki, [[Heydər Əliyev]]dən başqası baş çıxara bilərdi. O, gəlməsəydi, dövlət baş tutmayacaqdı.<ref name="dissident" />
* Qısa müddətli Əbdürrəhman Vəzirovun hakimiyyəti heç nə idi, o, heç nəyi dəyişə bilmədi.<ref name="teleqraf" />
* [[Əbülfəz Elçibəy|Elçibəyin]] hakimiyyətə gəlməsi heç bir şeyə əsaslanmırdı.<ref name="teleqraf" />
* O insan ki, özünü Allahın qulu hesab edir, o heç kəsin qulu ola bilməz.<ref name="teleqraf" />
* O ''([[Əbülfəz Elçibəy]])'', ziyalı adam idi, özü də şərq ziyalısı. Əbülfəz ədəbiyyatı bilirdi, türkpərəst idi.<ref>[http://teleqraf.com/news/742 “Heç vaxt dissident olmamışam” - BRİFİNQ - FOTO]</ref>
* Xədicə Abbasovanın oxuduğu “Sıravi Əhməd” mahnısı mənim sifarişimlə yazılmışdı.<ref name="teleqraf" />
 
== Vəfa Quluzadə haqda sitatlar ==