Təsəvvür: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 41:
* Mən ancaq onu deyə bilərəm ki, bu əzəmətli və ecazkar kainatın bizim özümüzü dərk etmə ilə birlikdə təsadüfən yaranmasını təsəvvür etməsinin mümkün olmaması, mənə Allahın varlığının lehinə əsas dəlil kimi görünür, amma bu arqumentin real dəyəri olub-olmadığına heç vaxt qərar verə bilmirəm. Bilirəm ki, əgər əsas səbəbi etiraf etsək də, ağıl hələ də kainatın haradan və necə əmələ gəldiyini öyrənməyə can atacaq. [[Çarlz Darvin]]
* Mən Xeyirin Şərə yalnız axirətdə qalib gələcəyini iddia edən məşhur alman filosofu cənab Kantla heç vaxt razılaşa bilmərəm. Xeyir Şərə hər gün, hər saat, hər an qalib gəlir. Hətta ola bilsin ki, Şər bizim təsəvvür etdiyimizdən daha zəifdir. Qarşımızda inkaredilməz sübutlar var, əgər qələbə xeyirin yanında olmasaydı, bəşəriyyət inkişaf edə, çoxala, vahid millət ola, kəşflər, ixtiralar edə, yarada, fəzanı fəth edə, insan hüquqlarını elan edə bilməzdi.İşin bir tərəfi budur ki, Şər gurultulu, yüksək səslidir və insan onu kədərləndirəni sevindirəndən daha çox xatırlayır. Şairimiz Əbül-Əla çox haqlıdır: ölüm vaxtının kədəri doğum vaxtının sevincindən yüz qat artıqdır. [[Nəcib Məhfuz]]
* Mənə elə gəlir ki, sanki canlı bir planetəm və ideyalar çevrəsinə qoşulmuşam. Amma təsəvvür edə bilmirəm ki, nə istəyirəm, nəyi düşünürəm, hansı qərara gəlirəm. Nəyi sevmədiyimi, nəyi istəmədiyimi də bilmirəm. Mən öz doğuluşumdan əvvəl yaranmışam. Mən özümü seçə bilməzdim. Mən – seçilmişəm. Ona görə də əlimə düşmüş "Mən”dən istifadə etməliyəm. [[Rabindranat Taqor]]
* Məntiq sizi A-dan B-yə aparacaq. Təsəvvür sizi hər yerə aparacaq. [[ABŞ atalar sözləri]]