Namiq Kamal: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:Namık Kemal statue in Tekirdağ.jpg|thumb|Təkirdağda Namiq Kamalın abidəsi]]
'''Namiq Kamal''' ''(türk. Namık Kemal) (21 dekabr 1840, Təkirdağ — 2 dekabr 1888, Xios)'' — Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim. Tənzimat ədəbiyyatının əsas nümayəndələrindən və "Gənc osmanlılar" cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biridir. Dərc etdiyi qəzetlər ("Azadlıq", London, 1863-1870; "Təlimat", İstanbul, 1872-1873) Türkiyədə konstitusion fikirlərin yayılmasında böyük rol oynamışdır. 1876-cı il ilk türk konstitusiya layihəsinin hazırlanmasında iştirak etmişdir. Mədəniyyətdə Avropa istiqamətinin tərəfdarı olmuşdur. 1865-ci ildə İbrahim Şinasinin mühacirətindən sonra "Təsviri əfkar" ("Tasviri efkar") qəzetini nəşr etməya başlamışdır. Namiq Kamal türk romanının banilərindəndir. "Əli bəyin sərgüzəştləri" (1876), "Cəzmi" (1880) kimi romanlar onun qələminə aiddir. İlk dramı olan "Vətən yaxud Silistrə" (1873) əsəri Krım müharibəsi (1853-1856) ərəfəsindəki hadisələri əks etdirir. Hökumət əlehinə yazılmasına görə yazıçı 38 ay müddətinə Kiprdəki Maqoz qalasında azadlıqdan məhrum edilib. Zindanda olarkən Namiq Kamal "Zavallı uşaq" (1873), "Akif bey" (1874), "Gülnihal" (1875) əsərlərini yazmışdır. "Cəlaləddin, Xarəzm şahı" (1885) dramı monqol işğalına qarşı mübarizəyə həsr olunmuşdur.
{{ABC}}
== B ==