Mövlana Cəlaləddin Rumi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 131:
* Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap.
* Ey qardaşım; sən, fikirdən və düşüncədən ibarətsən. Sənin insanlığın bunlardandır. Geri qalan sinir və sümükdür ki, onlar, heyvanlarda da vardır.
* Ey zülmlə bir quyu qazan! Sən özün üçün tələ hazırlayırsan.
* Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.