Axmaq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 66:
* Ağıllı olub, axmaq görünmək qədər yaxşı bir şey yoxdur. [[Aqata Kristi]]
* Ağıllı üzündən bilinir, axmaq sözündən. [[Başqırd atalar sözləri]]
* Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər. [[Cəmil Məric]]
* Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir. [[Bertran Rassel]]
* Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. [[Başqırd atalar sözləri]]
* Ateizm - ağıllı, xurafat isə axmaq adamların qüsurudur. [[Volter]]
 
== B ==
* Bacar axmaqla yola get, ağıllı özü səninlə yola gedər. [[Adıgey atalar sözləri]]
Sətir 77:
* Birlikdə qardaş kimi yaşamağı öyrənməliyik, yoxsa birlikdə axmaq kimi öləcəyik. [[Martin Lüter Kinq]]
* Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. [[Onore de Balzak]]
 
== D ==
* Dünyanın müdrik insanları çoxdan belə bir qənaətə gəliblər ki, tənbəl insan, bir qayda olaraq qorxaq və iradəsizdir. İradəsiz insan isə qorxaq və lovğadır. Lovğa insan qorxaq, axmaq və cahildir. Axmağın, cahilin şərəf haqqında anlayışı yoxdur. Şərəfsiz isə tənbəldən dilənir, acgözdür, fərasətsizdir, ətrafdakılara yaxşlılıq arzu etmir. [[Abay Kunanbayev]]
== E ==
* Evlilik institutunun nə qədər köhnə və axmaq olduğunu başa düşmək üçün hər kəs ən azı bir dəfə evlənməlidir. [[Madonna]]
 
== Ə ==
* Əgər insan özü kimisini, yaxud, özündən yaxşısını tapa bilməsə, qoy tənhalığa çəkilsin: axmaqla dostluq tutmaz. [[Qautama Budda]]