Təsdiq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 14:
 
== M ==
* Mən Allahı bütün şeylərin transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “Teoloji-siyasi traktakt”ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər. (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr). [[Benedikt Spinoza]]
* Mən həqiqətə oxşayanı deyil, həqiqətin özünü təsdiq edirəm. [[Cordano Bruno]]
 
== Ş ==
* Şəxsi və dini inanclarımı əsas götürərək abortları qəbuledilməz doğuşa nəzarət forması hesab edirəm. Bundan əlavə, insan həyatının, doğulmamışların həyatı da daxil olmaqla, müqəddəs olduğuna dair şəxsi inancımla, hüdudsuz abort və ya tələbə görə abort təbliğini müdafiə edə bilmərəm. Çünki, şübhəsiz ki, doğulmamış uşaqların da qanunla tanınan, Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi prinsiplərlə tanınan hüquqları vardır. [[Riçard Nikson]]