Təsdiq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 23:
* Şəxsi və dini inanclarımı əsas götürərək abortları qəbuledilməz doğuşa nəzarət forması hesab edirəm. Bundan əlavə, insan həyatının, doğulmamışların həyatı da daxil olmaqla, müqəddəs olduğuna dair şəxsi inancımla, hüdudsuz abort və ya tələbə görə abort təbliğini müdafiə edə bilmərəm. Çünki, şübhəsiz ki, doğulmamış uşaqların da qanunla tanınan, Birləşmiş Millətlər Təşkilatının təsdiq etdiyi prinsiplərlə tanınan hüquqları vardır. [[Riçard Nikson]]
* Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir. [[Heydər Əliyev]]
== T ==
* Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…<ref>[https://baxh.wordpress.com/2016/12/03/antik-dovr-v%c9%99-orta-%c9%99sr-tarixcil%c9%99ri-v%c9%99-s%c9%99yyahlari-az%c9%99rbaycan-t%c9%99bi%c9%99ti-haqqinda-2-ci-hiss%c9%99/] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə</ref> [[Jan Şarden]]
 
== İstinadlar ==