Təsdiq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27:
== T ==
* Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Ev və ov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavan və daha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maral və su quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…<ref>[https://baxh.wordpress.com/2016/12/03/antik-dovr-v%c9%99-orta-%c9%99sr-tarixcil%c9%99ri-v%c9%99-s%c9%99yyahlari-az%c9%99rbaycan-t%c9%99bi%c9%99ti-haqqinda-2-ci-hiss%c9%99/] Antik dövr və orta əsr tarixçiləri və səyyahları Azərbaycan təbiəti haqqında – 2-ci hissə</ref> [[Jan Şarden]]
== Y ==
* Yaxın gələcəkdə məni son dərəcə narahat edən və ölkəmin taleyinə görə həyəcanlanmağa məcbur edən dönüş yaranacaq ... Korporasiyaların hakimiyyətə gəlməsi ölkənin ali orqanlarında satılma və parçalanma erasına səbəb olacaq, kapital, kütlələrin ən qaranlıq instinktləri üzərində oynayaraq öz hökmranlığını təsdiq etməyə çalışacaq, bütün milli sərvətlər bir neçə seçilmişin əlində cəmləşəcək və o zaman respublikanın sonu gələcək (Linkolun həlak olmamışdan qabaq etirafı). [[Avraam Linkoln]]
 
== İstinadlar ==