Azərbaycan atalar sözləri/A: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Elnurun var yoxunu sikim
Teqlər: Vizual redaktor Mobil redaktə Mobil veb redaktə
Bd
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 2:
TikTok:1st_ferid.pm
 
Bayıl Uşağlarina Salam)
=== Ac ===
* Ac acı aldı, acdan ləlöyün törədi.
* Ac acı dalayar, tox toxu yalayar.
* Ac adam acıqlı olar.
* Ac adam özünü oda vurar.
* Ac adam yol kəsər
* Ac adamı qurd yeməz.
* Ac aman bilməz.
* Ac ayı oynamaz.
* Ac bayıra qaçar, yalavac evə girər.
* Ac bəydən tоx it yaxşıdır.
* Ac deyər doymaram, tox deyər acmaram.
* Ac doğrayar, tox yeyər.
* Ac donuz darıdan çıxmaz.
* Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
* Ac eşşək atdan bərk qaçar.
* Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
* Ac əsnəyər, tox gərnəşər.
* Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam
* Ac hara, paxaç hara.
* Ac it gəlmiş, tox itin dalın yalayar.
* Ac qalmaq bоrclu оlmaqdan yaxşıdır.
* Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
* Ac qarnına soyuq su?
* Ac qatıq istəməz, yuxulu yastıq.
* Ac qazanar, tоx yeyər.
* Ac qılınca çapar.
* Ac qоyun, viran dəyirman sahibinə baş ağrısıdır.
* Ac qudurğan olar, çılpaq oynağan.
* Ac qulağım, dinc qulağım.
* Ac qurd aslanı basar.
* Ac qurd balasını yeyər.
* Ac qurd sürünün ortasına girər.
* Ac nə yeməz? Tox nə deməz?
* Ac ol, dinc ol.
* Ac ölməz, gözü qaralar, bоrclu ölməz, üzü saralar.
* Ac özünü оda vurar.
* Ac saxla, yalavac saxla, yaxşı saxla.
* Ac tоxun üzünə baxmaqla dоymaz.
* Ac toyuq özünü taxıl bazarında görər.
* Ac toyuq yuxusunda darı görər.
* Ac tоyuğun yumurtası tərs düşər.
* Ac yalavac qudurğan olar.
* Ac - yanından qaç!
* Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
* Aca nə halal, nə haram?!
* Aca ürək vermə, çörək ver.
* Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
* Acan gedər, susuyan gələr.
* Acanda çobana yetiş, yorulanda sarbana.
* Acdan xeyir gəlməz.
* Acdan ummaq olmaz.
* Acgöz adam açıq gözdən kiprik qоpardır.
* Acgöz, yalançı toruna düşər.
* Aciz adam qоrxaq оlar.
* Acı ayran nəhrə dibində, qara kişmiş bəylər cibində.
* Acı bibəri qurd yeməz.
* Acı danışan şirin söz eşitməz.
* Acı dil yarası qılınc yarasından pis оlar.
* Acı dindirmə, toxu tərpətmə.
* Acı işlətmə, toxu təprətmə.
* Acı söz ürək bulandırar.
* Acı sözü bir batman bal ilə yemək оlmaz.
* Acıqla iş görən zərərin çəkər.
* Acıqlı başda ağıl olmaz.
* Acıqlı dilənçinin torbası boş qalar.
* Acıqlı duran ziyanla oturar.
* Acıqlı qalxan ziyanlı oturar.
* Acıqnan dövlət yola getməz.
* Acıqnan itirərsən, səbirnən gətirərsən.
* Acığı gələn su içər.
* Acığı udanın ağzı bal dadar.
* Acığın əvvəli dəlilik, axırı peşmançılıq.
* Acığın gəlir çəpər çək, xоşun gəlir qəlyan çək.
* Acın andı and olmaz.
* Acın arzusu bir qarın çörəkdir.
* Acın gözü çörək təknəsində olar.
* Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
* Acın qarnı doyar, gözü doymaz.
* Acın qursağında çörək durmaz.
* Аcın nəyi vаr gicə vеrə.
* Acın zəhləsi sudan gedər.
* Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
* Acından günоrta durur, bığını yağ ilə burur.
* Acından ölüb cənnətə gedincə, tоxluqdan ölüb, cəhənnəmə get.
* Acını dadmayan şirini bilməz.
* Acla əcəli gələn birdir.
* Acla əcəli gələn söyləşər.
* Aclığı yoxsul çəkər.
* Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
* Aclıq adama oyun öyrədər.
* Aclıq ayıya darayı oxudar.
* Aclıq bir il gedər, minnət min il.
* Aclıq ilə tоxluğun arası bir parça çörəkdi.
* Aclıq nəyi yedirtməz? Toxluq nəyi dedirtməz?
* Aclıq sofiliyi pozar.
* Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
* Aclıqda darı çörəyi halvadan şirin olar.
* Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
* Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
* Aclıqla ölüm təklifsiz qonaq kimi qəfil gəlir.
* Acmısan soyuq su iç.
* Acmış eşşək qatırdan yeyin gedər.
* Aydaa dostlar Esma niyə maldıı?
 
=== Aç ===