Azərbaycan atalar sözləri/X: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Emoji Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə
Sətir 1:
Səbinə Səni Sevirəm Səbinə Səni Sevirəm Səbinə Səni Sevirəm .Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm..Səbinə Səni Sevirəm.
{{Başlıq
| başlıq = [[Azərbaycan atalar sözləri]]
| müəllif =
| keçidsiz müəllif = [[Portal:Şifahi xalq ədəbiyyatı|Şifahi xalq ədəbiyyatı]]
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki = [[Azərbaycan atalar sözləri/H|H]]
| növbəti = [[Azərbaycan atalar sözləri/İ|İ]]
| il =
| qeydlər = <div > '''<''' [[Azərbaycan atalar sözləri|Mündəricat]]</div>
| mənbə =
| vikipediya_keçidi = Atalar sözü
| vikimənbə_keçidi =
| commons_keçidi =
}}
 
* hansı insan evladı mən yazdığımı silib #axdarmatapanfrilsən
Xediceni sevirsen brat😩Allah kömeyin olsun
 
 
 
 
* Xadim ilə ağ ata qulluq edənin üzü ağarmaz.
* Xain adam xoflu olar, kor ürkəyən.
* Xain dost, dəli düşmən, göz tikər ölən günə.
* Xain gözdən, mərd üzdən bilinər.
* Xain xəyanətinin cəzasını mütləq çəkər.
* Xain xofli olar, kor hürkən.
* Xain qorxaq olar.
* Xain suçlu olar.
* Xainə sürü göndər, yenə cibin güdər.
* Xal üzün bəzəyidir.
* Xala evinə dadanan, ər evində dayanmaz.
* Xalam bildi - aləm bildi.
* Xalam gəzəyən olsa idi, bizə də gələrdi.
* Xalam kişi olsa idi, ona dayı deyərdim.
* Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də.
* Xalamın saqqalı olsaydı, mən ona dayı deyərdim.
* Xalça salan özü oturar.
* Xalına bax, xalı toxu.
* Xalını xovuna sığallarlar.
* Xalının tozu tükənər, dəlinin sözü tükənməz.
* Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər.
* Xalq kəsən barmaq qanamaz.
* Xalq qız verib quda qazandı, biz qız verib qada qazandıq.
* Xalq necə, biz də elə.
* Xalqa adətdir, bizə bidət?.
* Xalqa it hürəndə, bizə də çaqqal ulayar.
* Xalqa qarın ağrısı gələndə bunun tuman bağı əlindədi.
* Xalqın ağzı faldır.
* Xalqın ağzını bağlamaq olmaz.
* Xalqın eybini söyləyən, özü eyibli olar.
* Xalqın fikrini çəkib qocalmaqdansa, öz dərdini çək, ucal.
* Xalqın qapısını el döyür, bizim qapımızı - yel.
* Xalqın sədası, haqqın nidasıdır.
* Xalqınkı ipək olur, bizimki köpək.
* Xallı üz göyçək olar.
* Xaltanı aslan boynuna vurmazlar.
* Xalvar sənin evində, talvar sənin evində, daş vurarsan toz çıxar, nə var sənin evində?
* Xam atı minməkdən, çullamağı çətindir.
* Xam dəmir döyülməz.
* Xam yer axtarır bostan atmağa.
* Xamın gözü böyük olar.
* Xamır yeyənə etibar yoxdu.
* Xan arıqlayanda rəiyyətin canı çıxar.
* Xan evi - bəla evi.
* Xan eylər xan divanı.
* Xan qapısında işləyənin ayağını daş aparar.
* Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar.
*Xanmədin əli ətə çatmayanda deyir iylənib.
* Xan məni dindirdi.
* Xana nökər olanın börkü haça olar.
* Xana yaradı, bəyə yaradı, keçəl Xondi, sənə yaramadı?!
* Xandan gələn nökərəm, dişlərini tökərəm.
* Xanəndə məclisin bəzəyidir.
* Xanım-xanım dedilər, axçacığım yedilər, eylə ki, axşam qurtardı, zır tut xanım, dedilər.
* Xanım xanım dedilər, var-yoxunu yedilər.
* Xanım qırsa - qəza, nökər qırsa cəza.
* Xanım qız xalasına oxşar, yaxşı oğlan – dayısına.
* Xanım sındıran qabın səsi çıxmaz.
* Xanın gözü dörd olar.
* Xanla plov yemirəm, bığlarım yağa batar.
* Xaraba şəhərə qala nə lazım.
* Xarabadan tüstü çıxmaz.
* Xasiyyətini bilmədiyin atın arxasına keçmə.
* Xasiyyətini bilmədiyin itin quyruğunu əlləmə.
* Xata xata üstündən gəlməsə, bir xataya nə var.
* Xata məndən, əta səndən.
* Xeyir Allahdan, şər şeytandan.
* Xeyir de, xeyir taparsan.
* Xeyir xeyri tapar, şər də şəri.
* Xeyir xəbər ağır ayaq olar.
* Xeyir içində şərim olunca, şər içində xeyrim olsun.
* Xeyir ilə şər qardaşdır.
* Xeyir istə qonşuna, xeyir çıxsın qarşına.
* Xeyir iş yerdə qalmaz.
* Xeyir işi uzatma, şərrə dönər; şər işi uzat ki, xeyrə dönər.
* Xeyir ver, xeyir görəsən.
* Xeyir verən yalandan ziyan verən doğru yaxşıdır.
* Xeyir verməyən qohumdan yad yaxşıdır.
* Xeyirxah adam yaddan çıxmaz.
* Xeyirlə şər xurcun tayıdır.
* Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar.
* Xeyirsöyləməzə dedilər: «Xeyir söylə, səfərdən gələndə sənə sovqat gətirərəm» Dedi: «Bəlkə getdin, gəlmədin, indidən ver».
* Xeyrat babamın, gərək toy özümün.
* Xeyrat halvasından qarın doymaz.
* Xeyri yoxdur çaxırın, içmə, açar paxırın.
* Xəbər almaq eyib deyil, bilməmək eyibdir.
* Xəbərçi dosta da böhtan atar.
* Xəbərçi yalançı olar.
* Xəbəri uşaqdan öyrən.
* Xəcalət düşmənin olsun.
* Xəlbircən evi olanın, gözləri qədər dərdi var.
* Xəlvəti halva yeyənin sirrini Allah bilir.
* Xəmir suyu çox götürər.
* Xəmiraşı – bəylər aşı, umac onun yoldaşı.
* Xəmiri bir yerdə yoğrulubdur.
* Xəncər bir nəfəri kəsər, dil min nəfəri.
* Xəncər çıxdı, qan çıxdı.
* Xəncər yarası gedər, dil yarası getməz.
* Xəncər yarası sağalar, namus yarası sağalmaz.
* Xəngəl qaşıqda, xaşıl barmaqda.
* Xəsis acgöz olar.
* Xəsis bazarda vicdanını da satar.
* Xəsis havanı udanda da xəsislik edər.
* Xəsis ilə comərdin xərci birdir.
* Xəsis zalım olar.
* Xəsisdən alınan yumurtanın sarısı olmaz.
* Xəsisdən qışda buz almaq olmaz.
* Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
* Xəsisin barmağından da qan çıxmaz.
* Xəsisin dostu olmaz.
* Xəsisin qarnı doysa da, gözü ac olar.
* Xəsisin malı arvadın sonrakı ərinə qalar.
* Xəsisin malı öləndən sonra bəlli olar.
* Xəstə başında ulu oturar.
* Xəstə həkimdən dərman istəməzlər.
* Xəstə tələsər, armud vaxtında yetişər.
* Xəstə yat xətir üçün, nanəcibə əl uzatma, bir tikə fətir üçün.
* Xəstə yatan ölməz, əcəli yetən ölər.
* Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır.
* Xəstəlik atlı gəlir, piyada gedir.
* Xəstəlik putnan gələr, mısqalnan çıxar.
* Xəstəni döşəkdə saxlarlar, uşağı beşikdə.
* Xəstənin işi qalar, astanın işi qalmaz.
* Xəstənin qızıl taxt nəyinə gərək?
* Xəstənin qüvvəti olmaz.
* Xəstəyə döşək, aca çörək lazımdır.
* Xəstəyə naz eləmək həkimə yaraşmaz.
* Xəstəyə yuxu şəfadır.
* Xəşil bişirmək bilmir, aşpazlıq iddiası edir.
* Xəta xəta üstündən gəlməsə, bir xətaya nə var?
* Xəta insandan baş verər.
* Xəta məndən, əta səndən.
* Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki?
* Xətakardan xəta əskik olmaz.
* Xətir ucundan xəstə yatır.
* Xətir üçün xəstə yatmaq olmaz.
* Xəyalsız insan meyvəsiz ağaca bənzər.
* Xəzinə xarabalıqda tapılar.
* Xəzinəyə tüpürənin tüpürcəyi öz saqqalına yapışar.
* Xiffəti qeyrətli edər.
* Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar.
* Xıdır çıxdı – qış çıxdı.
* Xınalı əl cibə qoyulmaz.
* Xırçıya qarpız bağışlamazlar.
* Xırdavatçının andı özünə qənim olar.
* Xırman döymək kişi işidir.
* Xırman sonu abdallarındır.
* Xırman yellə sovuşar, düyün ellə.
* Xırmana girən porsuq yabanı özünə qəbul edər.
* Xırmanın axırı dərvişindir.
* Xırmanın tozu bərəkətli olar.
* Xış ilə məhsul olmaz, meydan maşın meydanıdır.
* Xış kötüyə dayanıb.
* Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın.
* Xoca bizdə, xurcunu sizdə.
* Xocalar kağızı tərsindən oxuyar.
* Xoruz banlamasa, səhər açılmaz?!
* Xoruz banlayanda gözünü yumar.
* Xoruz bir kərə bəzənər.
* Xoruz çox olan yerdə səhər tez açılar.
* Xoruz elə xoruzdur, nə qocası, nə cavanı!?
* Xoruz getdi, dava bitdi.
* Xoruz quyuya baxan kimi baxır.
* Xoruz olmasa, səhər açılmaz?
* Xoruz ölmüş, gözü çöplükdə qalmış.
* Xoruz öz küllüyündə banlar.
* Xoruz silkələnsə, bir çəngə tük olar, dəvə silkələnsə, bir ulağa yük olar.
* Xoruza quyruğu da yükdür.
* Xoruza quyruğu yük olmaz.
* Xoruzun altından yumurta axtarır.
* Xoruzun quyruğu görünür.
* Xoruzun quyruğuna inanım, tülkünün andına? <ref>Atalar sözü, Bakı, 2004, səh.132</ref>
* Xoruzun saqqalı ağarsa da bahası on dörd şahıdır.
* Xoruzun vəzifəsi banlamaqdır.
* Xoruzunu veriblər qoltuğuna.
* Xoruzsuz da sabah açılar.
* Xoş günüm qapılarda keçir.
* Xoş günün sorağı uzaqlardan gələr.
* Xoş söz ürəyə qapıdır.
* Xoş sözlə ilan yuvadan çıxar.
* Xoşrəftar ol, xoş gün görərsən.
* Xörəyi doyunca yemə, gözün dalınca qalsın.
* Xörəyin dadı ağızdadır.
* Xörəyin yaxşısı - hazır olanıdır.
*Xeyale dediyi kimi:yaz adımı divara simpatiçni prenses 🤘
 
== Mənbə ==