Azərbaycan atalar sözləri/X: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Salam
Teqlər: Emoji Mobil redaktə Mobil veb redaktə
Redaktənin izahı yoxdur
Sətir 1:
* Xadim ilə ağ ata qulluq edənin üzü ağarmaz.
Xədicə ad günün mübarək.
* Xain adam xoflu olar, kor ürkəyən.
 
* Xain dost, dəli düşmən, göz tikər ölən günə.
 
* Xain gözdən, mərd üzdən bilinər.
 
* Xain xəyanətinin cəzasını mütləq çəkər.
 
* Xain xofli olar, kor hürkən.
 
* Xain qorxaq olar.
dəyişməyin xahiş 🙏
* Xain suçlu olar.
 
* Xainə sürü göndər, yenə cibin güdər.
* Xal üzün bəzəyidir.
* Xala evinə dadanan, ər evində dayanmaz.
* Xalam bildi - aləm bildi.
* Xalam gəzəyən olsa idi, bizə də gələrdi.
* Xalam kişi olsa idi, ona dayı deyərdim.
* Xalamdan bir dilək dilərəm, versə də xalamdır, verməsə də.
* Xalamın saqqalı olsaydı, mən ona dayı deyərdim.
* Xalça salan özü oturar.
* Xalına bax, xalı toxu.
* Xalını xovuna sığallarlar.
* Xalının tozu tükənər, dəlinin sözü tükənməz.
* Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər.
* Xalq kəsən barmaq qanamaz.
* Xalq qız verib quda qazandı, biz qız verib qada qazandıq.
* Xalq necə, biz də elə.
* Xalqa adətdir, bizə bidət?.
* Xalqa it hürəndə, bizə də çaqqal ulayar.
* Xalqa qarın ağrısı gələndə bunun tuman bağı əlindədi.
* Xalqın ağzı faldır.
* Xalqın ağzını bağlamaq olmaz.
* Xalqın eybini söyləyən, özü eyibli olar.
* Xalqın fikrini çəkib qocalmaqdansa, öz dərdini çək, ucal.
* Xalqın qapısını el döyür, bizim qapımızı - yel.
* Xalqın sədası, haqqın nidasıdır.
* Xalqınkı ipək olur, bizimki köpək.
* Xallı üz göyçək olar.
* Xaltanı aslan boynuna vurmazlar.
* Xalvar sənin evində, talvar sənin evində, daş vurarsan toz çıxar, nə var sənin evində?
* Xam atı minməkdən, çullamağı çətindir.
* Xam dəmir döyülməz.
* Xam yer axtarır bostan atmağa.
* Xamın gözü böyük olar.
* Xamır yeyənə etibar yoxdu.
* Xan arıqlayanda rəiyyətin canı çıxar.
* Xan evi - bəla evi.
* Xan eylər xan divanı.
* Xan qapısında işləyənin ayağını daş aparar.
* Xan qulluğuna gedən atlı gedər, piyada qayıdar.
* Xan məni dindirdi.
* Xana nökər olanın börkü haça olar.
* Xana yaradı, bəyə yaradı, keçəl Xondi, sənə yaramadı?!
* Xandan gələn nökərəm, dişlərini tökərəm.
* Xanəndə məclisin bəzəyidir.
* Xanım-xanım dedilər, axçacığım yedilər, eylə ki, axşam qurtardı, zır tut xanım, dedilər.
* Xanım xanım dedilər, var-yoxunu yedilər.
* Xanım qırsa - qəza, nökər qırsa cəza.
* Xanım qız xalasına oxşar, yaxşı oğlan – dayısına.
* Xanım sındıran qabın səsi çıxmaz.
* Xanın gözü dörd olar.
* Xanla plov yemirəm, bığlarım yağa batar.
* Xaraba şəhərə qala nə lazım.
* Xarabadan tüstü çıxmaz.
* Xasiyyətini bilmədiyin atın arxasına keçmə.
* Xasiyyətini bilmədiyin itin quyruğunu əlləmə.
* Xata xata üstündən gəlməsə, bir xataya nə var.
* Xata məndən, əta səndən.
* Xeyir Allahdan, şər şeytandan.
* Xeyir de, xeyir taparsan.
* Xeyir xeyri tapar, şər də şəri.
* Xeyir xəbər ağır ayaq olar.
* Xeyir içində şərim olunca, şər içində xeyrim olsun.
* Xeyir ilə şər qardaşdır.
* Xeyir istə qonşuna, xeyir çıxsın qarşına.
* Xeyir iş yerdə qalmaz.
* Xeyir işi uzatma, şərrə dönər; şər işi uzat ki, xeyrə dönər.
* Xeyir ver, xeyir görəsən.
* Xeyir verən yalandan ziyan verən doğru yaxşıdır.
* Xeyir verməyən qohumdan yad yaxşıdır.
* Xeyirxah adam yaddan çıxmaz.
* Xeyirlə şər xurcun tayıdır.
* Xeyirsöyləməzdən xeyir olsaydı, adını Xeyrulla qoyardılar.
* Xeyirsöyləməzə dedilər: «Xeyir söylə, səfərdən gələndə sənə sovqat gətirərəm» Dedi: «Bəlkə getdin, gəlmədin, indidən ver».
* Xeyrat babamın, gərək toy özümün.
* Xeyrat halvasından qarın doymaz.
* Xeyri yoxdur çaxırın, içmə, açar paxırın.
* Xəbər almaq eyib deyil, bilməmək eyibdir.
* Xəbərçi dosta da böhtan atar.
* Xəbərçi yalançı olar.
* Xəbəri uşaqdan öyrən.
* Xəcalət düşmənin olsun.
* Xəlbircən evi olanın, gözləri qədər dərdi var.
* Xəlvəti halva yeyənin sirrini Allah bilir.
* Xəmir suyu çox götürər.
* Xəmiraşı – bəylər aşı, umac onun yoldaşı.
* Xəmiri bir yerdə yoğrulubdur.
* Xəncər bir nəfəri kəsər, dil min nəfəri.
* Xəncər çıxdı, qan çıxdı.
* Xəncər yarası gedər, dil yarası getməz.
* Xəncər yarası sağalar, namus yarası sağalmaz.
* Xəngəl qaşıqda, xaşıl barmaqda.
* Xəsis acgöz olar.
* Xəsis bazarda vicdanını da satar.
* Xəsis havanı udanda da xəsislik edər.
* Xəsis ilə comərdin xərci birdir.
* Xəsis zalım olar.
* Xəsisdən alınan yumurtanın sarısı olmaz.
* Xəsisdən qışda buz almaq olmaz.
* Xəsisə zəhər versən, pulsuzdur deyə içər.
* Xəsisin barmağından da qan çıxmaz.
* Xəsisin dostu olmaz.
* Xəsisin qarnı doysa da, gözü ac olar.
* Xəsisin malı arvadın sonrakı ərinə qalar.
* Xəsisin malı öləndən sonra bəlli olar.
* Xəstə başında ulu oturar.
* Xəstə həkimdən dərman istəməzlər.
* Xəstə tələsər, armud vaxtında yetişər.
* Xəstə yat xətir üçün, nanəcibə əl uzatma, bir tikə fətir üçün.
* Xəstə yatan ölməz, əcəli yetən ölər.
* Xəstə yatmaq, xəstəyə baxmaqdan yaxşıdır.
* Xəstəlik atlı gəlir, piyada gedir.
* Xəstəlik putnan gələr, mısqalnan çıxar.
* Xəstəni döşəkdə saxlarlar, uşağı beşikdə.
* Xəstənin işi qalar, astanın işi qalmaz.
* Xəstənin qızıl taxt nəyinə gərək?
* Xəstənin qüvvəti olmaz.
* Xəstəyə döşək, aca çörək lazımdır.
* Xəstəyə naz eləmək həkimə yaraşmaz.
* Xəstəyə yuxu şəfadır.
* Xəşil bişirmək bilmir, aşpazlıq iddiası edir.
* Xəta xəta üstündən gəlməsə, bir xətaya nə var?
* Xəta insandan baş verər.
* Xəta məndən, əta səndən.
* Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki?
* Xətakardan xəta əskik olmaz.
* Xətir ucundan xəstə yatır.
* Xətir üçün xəstə yatmaq olmaz.
* Xəyalsız insan meyvəsiz ağaca bənzər.
* Xəzinə xarabalıqda tapılar.
* Xəzinəyə tüpürənin tüpürcəyi öz saqqalına yapışar.
* Xiffəti qeyrətli edər.
* Xiyar pulu ilə alınan eşşəyin ölümü suda olar.
* Xıdır çıxdı – qış çıxdı.
* Xınalı əl cibə qoyulmaz.
* Xırçıya qarpız bağışlamazlar.
* Xırdavatçının andı özünə qənim olar.
* Xırman döymək kişi işidir.
* Xırman sonu abdallarındır.
* Xırman yellə sovuşar, düyün ellə.
* Xırmana girən porsuq yabanı özünə qəbul edər.
* Xırmanın axırı dərvişindir.
* Xırmanın tozu bərəkətli olar.
* Xış ilə məhsul olmaz, meydan maşın meydanıdır.
* Xış kötüyə dayanıb.
* Xışa gedən öküzüm olsun, işə getməyən oğlum olmasın.
* Xoca bizdə, xurcunu sizdə.
* Xocalar kağızı tərsindən oxuyar.
* Xoruz banlamasa, səhər açılmaz?!
* Xoruz banlayanda gözünü yumar.
* Xoruz bir kərə bəzənər.
* Xoruz çox olan yerdə səhər tez açılar.
* Xoruz elə xoruzdur, nə qocası, nə cavanı!?
* Xoruz getdi, dava bitdi.
* Xoruz quyuya baxan kimi baxır.
* Xoruz olmasa, səhər açılmaz?
* Xoruz ölmüş, gözü çöplükdə qalmış.
* Xoruz öz küllüyündə banlar.
* Xoruz silkələnsə, bir çəngə tük olar, dəvə silkələnsə, bir ulağa yük olar.
* Xoruza quyruğu da yükdür.
* Xoruza quyruğu yük olmaz.
* Xoruzun altından yumurta axtarır.
* Xoruzun quyruğu görünür.
* Xoruzun quyruğuna inanım, tülkünün andına? <ref>Atalar sözü, Bakı, 2004, səh.132</ref>
* Xoruzun saqqalı ağarsa da bahası on dörd şahıdır.
* Xoruzun vəzifəsi banlamaqdır.
* Xoruzunu veriblər qoltuğuna.
* Xoruzsuz da sabah açılar.
* Xoş günüm qapılarda keçir.
* Xoş günün sorağı uzaqlardan gələr.
* Xoş söz ürəyə qapıdır.
* Xoş sözlə ilan yuvadan çıxar.
* Xoşrəftar ol, xoş gün görərsən.
* Xörəyi doyunca yemə, gözün dalınca qalsın.
* Xörəyin dadı ağızdadır.
* Xörəyin yaxşısı - hazır olanıdır.
== Mənbə ==
* Atalar sözü, Bakı, 2003,