Azərbaycan atalar sözləri/Ə: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
kRedaktənin izahı yoxdur
Teq: 2017 viki-mətn redaktoru
Sətir 15:
| commons_keçidi =
}}
*Əbləh ilə yüyürən yolda qalar.
* Əli az əm
*Əbləh odur dünya üçün qəm çəkər, tanrı bilir, kim qazanar, kim yeyər.
* Əmişmək
*Əcəl gəldi, baş ağrısı bəhanə.
* əli yaxçı oğlandır !
*Əcəl gələndə soruşmaz ki, oğul-uşağın neçədir.
*Əcələ çarə yoxdur.
*Ədəbi kimdən öyrəndin? - Ədəbsizdən.
*Əgər varındı, aləm yarındı, əgər yoxundu - elnən aran toxundu.
*Əkdiyin noxud, biçdiyin noxud, bazara çıxıb ləbləbi.
*Əkən biçər, əkməyən nə biçər?!
*Əkən biçər, qonan köçər.
*Əkəndə əkməyən xırmanda ağlar.
*Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
*Əkiblər yemişik, əkirik yeyərlər!
*Əkinçi ol, biçinçi olma.
*Əkinçi yağış istər, yolçu quraqlıq.
*Əkinini göyikən yeyən xırman vaxtı ac qalar.
*Əkinini sütül yiyən xırman vaxtı sülənər.
*Əqli kəm canana bax, küsübdür mən dəlidən.
*Əqrəb etməz əqrabaya əqrabanın etdiyini.
*Əl ağızdan çox görüb.
*Əl beş barmaqdı, hərəsi bir boyda.
*Əl əldən hökm elər.
*Əl əli yuyar, əl də üzü.
*Əl məndən, ətək səndən.
*Əl mərd olar, göz namərd.
*Əl uzadılan yerə ayaq uzadılmaz.
*Əl üstə çox əllər var.
*Əldən gedən ələ gəlməz.
*Əldən qalan əlli il qalar.
*Ələdin-ələdin, kəpəyinə nə qatdın?
*Ələkçinin qıl verəni yanında olar.
*Ələyi ələnib, xəlbiri göydə förlanır.
*Əli açıq olanın üzü ağ olar.
*Əli aşından da olduq, Vəli aşından da.
*Əli boşa "ağa uyur" deyərlər, əli doluya "ağa buyur" deyərlər.
*Əli xəmirliyə çörək borc verməzlər.
*Əli kəsiyin əli kəsikdən xəbəri var.
*Əli kösöylü sən, otu yanan mən!
*Əli yanan ağzına təpər.
*Əliaçığa Allah özü yetirər.
*Əliəyri hey düzlükdən danışar.
*Əlim çatmayan armud, babamın xeyratına.
*Əlimdən tutan olmaz, dalımdan itələyən var.
*Əlin çatmayan aş, ya qarın ağrıdar, ya baş.
*Əlin yağlıdır? Çək öz başına.
*Əlindən gəlməyəni dilinə də gətirmə.
*Əlindən iş gəlməyən uzun danışan olar.
*Əlini qatdın harama, kəşkülü doldur qalama.
*Əlini qısa eylə, dilin uzun olsun.
*Əmanət kitab verənin bir əli kəsilməlidir, qaytarıb geri verənin iki əli.
*Əmək insanı ucaldır.
*Əmək qızıl bilərzikdir.
*Əməksiz yemək olmaz.
*Ən böyük zalım məzlumun özüdür.
*Ən yaxşısını düşün, ən pisinə hazır ol.
*Əncir yemədin getdin, dərdin demədin getdin.
*Əppək ələkdən keçər, insan çiləkdən.
*Əvvəl öyrən, sonra düşün.
*Əvvəl yoldaş, sonra yol.
*Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır.
*Əvvəl zəhmət çəkən sonra rahat olar.
*Əzizim əziz, tərbiyəsi ondan əziz.
== İstinadlar ==
[[Kateqoriya:Azərbaycan atalar sözləri|Ə]]