Azərbaycan atalar sözləri/K: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Reverted 1 edit by 185.30.89.216 (talk): Doesn't make sense (TwinkleGlobal)
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Sətir 15:
| commons_keçidi =
}}
 
=== Ka ===
* Kabab iyinə getmişdi, gördü eşşək dağlayırlar.
* [[Kabab]] qanlı, igid canlı.
* Kababı köz öldürər, igidi söz.
* Kafır əppəyin yeyən, kafir muzdına salavat verər.
* Kağız dözər, qələm yazar.
* Kalını yetişmişinə qatıbdır.
* Kamal ata kürkü deyil ki, irs ilə övlada keçə.
* Kamalsızın iynəsi gödək, sapı uzun olar.
* Kamil adam az danışar.
* Kamil bağban çəkər bağın səfasın.
Sətir 39 ⟶ 41:
* Kasa aşdan irəli olub.
* Kasa kasaya girməyincə qarnı qabarmaz.
* Kasad bazarın gəliri olmaz.
* [[Kasıb]] at tapanda ot tapmaz, ot tapanda - at.
* Kasıb bacını varlı qardaş istəməz.
Sətir 84 ⟶ 86:
* Kasıblıq eyib deyil, oğurluq eyibdir.
* Kaş mal zərəri olsun, insan zərəri olmasın.
 
=== Ke ===
* [[Keçəl]] baxar güzgüyə - adın qoyar özgəyə.
* Keçəl başa dəydi daş, axdı qan, çıxdı can.
Sətir 94 ⟶ 98:
* Keçəl daraq gəzdirməknən başı tüklənməz.
* Keçəl dərman bilsə, öz başına sürtər.
* Keçəl düzünü desə də, başına qapaz dəyər.
* Keçəl gileyləndi ki, daraq bahalanıb.
* Keçəl halva yeyər, puluna minnət.
Sətir 104 ⟶ 108:
* Keçəl qızım saçlı deyib ağlar.
* Keçəl qızın baxdı açılanda yel vurar, şalını açar.
* Keçəl qızın nəyi var? – Başını qaşımağa dırnağı. Keçəl qızın nəyi var? – Dəmirdən bir darağı.
* Keçəl suya getməz.
* Keçəl var - zığıdı keçəl, keçəl var - noxudu keçəl.
* Keçəl yaradı, öz başını daradı.
* Keçəl yağ tapsa, başına yaxar.
* Keçələ baxma, bəxtinə bax.
* Keçələ daraq nə lazım.
Sətir 123 ⟶ 127:
* Keçəlin papağı düşənəcəndir.
* Keçəlin tükdən acığı gələr.
* Keçən görünməz.
* Keçən gün quşa bənzər, uçdu, qayıtmaz.
* Keçən gün ömürdəndir.
* Keçən günə gün çatmaz, calasan günü günə.
Sətir 146 ⟶ 150:
* Keçi suyu bəyirə-bəyirə keçər.
* Keçi sürünün qabağında gəlsə də, “qoyun gəldi” deyirlər.
* Keçi şərab içsə, dəvəyə meydan oxuyar.
* Keçi yatdığı yeri eşər, yatar.
* Keçidə saqqal var, amma şeyx deyil.
Sətir 161 ⟶ 165:
* Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni.
* Keçmiş yağmurun kəpənək kimi ardına düşmə.
* Keçmişi unutma, gələcəyin müəllimidir.
* Keçmişi yaxşı oxumaq gələcəyi öyrənmək üçündür.
* Keçmişin arabası ilə uzaq gedə bilməzsən.
Sətir 167 ⟶ 171:
* Keşiş həmişə kətə yeməz.
* Keyf sənin, kənd kovxanın.
 
=== Kə ===
* Kəbə yıxmaq bir evdir, könül yıxmaq yüz qandı.
* Kəbinim halal, canım azad.
Sətir 174 ⟶ 180:
* Kəfkir qazanın dibini deşib.
* Kəklik başını soxar kola, quyruğundan xəbəri olmaz.
* Kəklik qaqqıldamasa, qaranquş onu tapmaz.
* Kəl ilə döyüşən öküzün buynuzu olmaz.
* Kəl ilə kəllələşən buğa buynuzsuz qalar.
Sətir 180 ⟶ 186:
* [[Kələk]] ilə gələn küləklə gedər.
* Kənardan baxan yaxşı görər.
* Kənardan baxana hər şey asan görünər.
* Kənd kovxasız olmaz.
* Kəndçinin istəyi torpaqdır.
Sətir 202 ⟶ 208:
* Kəsilən əl yenə bütün olmaz.
* Kəsilsin iki əl ki, bir başı saxlamaya.
 
=== Ki ===
* Kiçik açar böyük qıfılı açar.
* Kiçik bulaqlardan böyük nəhrlər hasil olur.
Sətir 214 ⟶ 222:
* Kim güclüdür – haqq onundur.
* Kim nə deyirsə-desin, cəһd eylə səndən gəlməsin.
* Kim sənətə xor baxar, boynuna torba taxar.
* Kimə əmək, kimə yemək.
* Kimə lov, kimə plov.
* Kimə yaxşılıq elədin, özünü ondan qoru.
* Kimi əkər, kimi biçər, kimi qazanar, kimi yeyər.
Sətir 243 ⟶ 251:
* Kişi çöldən gətirər, arvad içdən tikər.
* Kişi fəhlədir, arvad bənna.
* Kişi gətirməyi bilməli, qadın yetirməyi.
* Kişi görmədiyin görsə, əqli sevinər, geymədiyin geysə, təni sevinər, yemədiyin yesə, nəfsi sevinər.
* [[Kişi]] kişidən qorxmaz, amma utanar.
Sətir 257 ⟶ 265:
* Kişiliyini sına, sonra arvad al.
* Kişini tez qocaldar axşamdan yatan arvad.
* Kişinin alnı açıq gərək.
* Kişinin başına gələn ağzından çıxandı.
* Kişinin bir anası, bir və vətəni var.
Sətir 270 ⟶ 278:
* Kişinin yüz pis yeyəni olsun, bir yaman deyəni olmasın.
* Kişisi olmayan evin ruzisi olmaz.
* Kişiyə arvat, arvada kişi qoca vaxtı lazımdır.
* Kişiyə əvvəl can gərək, sonra caһan gərək.
* Kitab oxumaq ilə adam adam olmaz.
* Kitab verənin bir əlini kəsərlər, qaytaranın iki əlini.
* Kitabın köhnəsi, libasın təzəsi.
* Kitabın köhnəsi, mollanın təzəsi.
* Kitabsız elm yoxdur.
 
=== Ko ===
* Kol dibində xış yoxdu.
* Kol dibində evim olsun, içində ərim olsun.
* Kolxoz anbarı el süfrəsidir.
* Kor at gecə də otlar.
* Kor at üçün kor nəlbənd gərək.
* Kor [[at]]ı minən şahlıq iddiası elər.
Sətir 288 ⟶ 298:
* Kor bazara getməsə bazar korsuz qalmaz.
* Kor bulaqdan su gəlməz.
* Kor burada, ya Bağdadda. <ref>Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, s.439</ref>.
* Kor canavarınkını Allah yuvasında yetirər.
* Kor da bilir balıq şordu.
* Kor dəyəniyini bir dəfə itirər.
Sətir 298 ⟶ 308:
* Kor gözə sürmənin nə faydası var?
* Kor gözün sahibinə nə faydası?!
* Kor gözündən qorxar, keçəl başından.
* Kor günortayacan neyləyib ki, günortadan sora neyləsin.
* Kor hərfə ho deyə bilmir, könlündən alimlik keçir.
Sətir 337 ⟶ 347:
* Korun nə borcu ki, şam bahalanıb?!
* Korun tutuşu, karın vuruşu.
* Kosa dəlləyin düşmənidir.
* Kosa getdi saqqal gətirə, bığını da üstəlik qoyub gəldi.
* Kosa kəndə girməmiş yallısını başladı.
Sətir 348 ⟶ 358:
* Kovxanı gör, kəndi çap.
* Kovxası gülüm olanın başına külüm olar.
 
=== Kö ===
* Köç başlanmamış bulağı uçurdur.
* Köç geri qayıdanda arıq, axsaq qabağa düşər.
Sətir 376 ⟶ 388:
* Köhnə paltar yamağından bəllidir.
* Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
* Köhnə sevgi köhnəlməz.
* Köhnə süpürgəni dama atarlar.
* Köhnə şəhərə tazə qaydə qoyur.
Sətir 382 ⟶ 394:
* Köhnə təqvim pula getməz.
* Köhnə tülkü hiyləbaz olar.
* Köhnə un çuvalıdı, vurduqca toz qopar.
* Köhnə yurdun qədrini təzə yurdda bilərlər.
* Köhnəsiz təzə yoxdur.
* Kök arıqlayınca arığın canı çıxar.
* Kök arıqlıyıncan bir ömürdür, arıq arıqlıyıncan o taylıqdır.
* Kökə bağlan, elə söykən.
* Kökəlməyən yerdə niyə arıqlayıram.
* Köksüz ağac tez yıxılar.
* Kölədən xeyir gəlməz.
* Kölgədə olanın kölgəsi olmaz.
* Kölgədən heç zaman insana arxa olmaz.
* Kölgəsində yatacaq ağacı budama.
* Köməyi igidə – sözlə, zəifə – əllə et.
* Kömürçünün evinə girən üzü qara çıxar.
* Kömürçünün qaralmaqdan nə arı?
* Köndələn çəpərə söykənmək olmaz.
* Könlü balıq istəyən quyruğunu buza qoymalıdı.
* Könlü yemiş istəyən dolanar tağ başına.
Sətir 421 ⟶ 433:
* Könülsüz hürən köpək sürüyə qurd gətirər.
* Könülsüz köpəyin sürüyə xeyri olmaz.
* Könülsüz namazı Allah qəbul eləməz.
* Könülsüz tula ilə ova çıxmazlar.
* Köpək elə köpəkdi, xaltası qızıldan da olsa.
* [[Köpək]] köpəyin dayağıdır.
* Köpək qaya kölgəsində yatar, elə bilər ki, öz kölgəsidir.
* Köpək qocalanda qurda gülünc olar.
* Köpək sahibini tanıyar.
* Köpək yad kişiyə quyruq bulamaz.
* Köpəksiz sürüyə qurd dadanar.
* Köpəyə ümid oldun, özün də hürmədin.
* Köpəyin ayılanı ələ düşməz.
Sətir 436 ⟶ 448:
* Köpəyin könlü köpəklə xoş olur.
* Köpəyin qarnı tox olsa, gecə ulduza hürməz.
* Körpə südsüz böyüməz, pambıq susuz.
* Körpəcə quzu, qurdun ağzı.
* Kösöy yana-yana gödələr.
Sətir 443 ⟶ 455:
* Kötük üstündə çox budaqlar doğranıb.
* Kötüksüz bitki olmaz.
 
=== Kü ===
* Küçə iti ev qorumaz.
* Küçə oğrusunu tələ tutar, ev oğrusunu heç nə tuta bilməz.
* Küçük hürə-hürə köpək olar.
* Kül başına, ay Araz, üstündən təzək atdanır.
Sətir 451 ⟶ 465:
* [[Kül]]dən təpə olmaz.
* Külək qayadan nə aparar.
* Külək otu qurudar, qayğı insanı.
* Küləkdə yatanın cin atı olar.
* Küləklə gələn küləknən gedər.
Sətir 457 ⟶ 471:
* Küləş tez yanar, tez də kül olar.
* Küləşi külək basdı, qar basdı.
* Küləyi tutmaq olmaz.
* Külü ocaqdan götür.
* Külün altında köz olar.
* Küpəyə verə-verə qazan bahası çıxar.
* Küpü sındıran da bir, suyu gətirən də bir.
* Kürd kürdü dəyirmanda axtarar.
* Kürd kürdü tanımasa, məkri məkrəni tanıyar.
* Kürdün adı «yedi», - yesə də, yeməsə də.
* Kürdün dilin kürd bilər.
* Kürədən imam kimi gələr, sonra yezidə dönər.
* Kürən adam xətakar olar.
Sətir 471 ⟶ 485:
* Kürən toyuq hindən bayıra çıxmaz.
* Kürəyə düşməyən dəmir yumşalmaz.
* Kürəyi yayda al, orağı qışda.
* Kürkçünün kürkü olmaz, börkçünün börkü.
* Kürkü əvvəlki il özün geyin, ikinci il ver düşməninə.
* Küsənə pay düşməz.
* Küsənin payını yeyərlər.
* Kütüm var, itim də var.