Corc Herbert Uoker Buş: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
Cekli829 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 1:
 
== Heydər Əliyev haqqında dedikləri ==
 
Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində onun təşəkkülündə oynadığı mühüm rola görə daim yaddaşlarda qalacaq. Üstəlik, onun səyləri sayəsində biz iki ölkə arasında möhkəm iqtisadi və diplomatik münasibətlər yaratmağa müvəffəq olduq.Mən ilk növbədə iqtisadiyyatın ən mühüm sahəsi olan energetika sektorunu nəzərdə tuturam. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq neft və qaz bazarlarının əsas təminatçısına çevrilməyə imkan vermiş addımlar atıb.2002-ci ilin sentyabr ayında Prezident Əliyevin Kennebunkporta (Men ştatı) səfəri haqqında xoş xatirələrim var. Mən BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən iclasında iştirak etmək üçün ABŞ-a gəlmiş prezident Əliyevin şərəfinə qəbul təşkil etmişdim. Bu, bizim bir-birimizi tanımağımız və qeyri-rəsmi şəraitdə fikir mübadiləsi aparmağımız üçün yaxşı imkan oldu. Mən belə bir qonağı öz sevimli evimizdə qəbul etməkdən məmnun oldum. Bu ev mənim üçün və xanımım Barbara üçün çox böyük məna kəsb edir.