Həssas: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11:
== G ==
* Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. [[İşiquro Kazuo]]
== Ş ==
* Şairlər digər insanlardan həssas olur və başqalarının biganə qaldığı hadisələrdən təsirlənərək böyük əsərlər yaradırlar. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.410</ref> [[Piter de Vrayz]]
 
== V ==
* Verilən suala “Müsbət cavab verə bilmərəm, ilk təəssürata görə mühakimə edə bilmərəm” kimi məhdud sözlərlə cavab verən insan yaxşı edir: əsl təvazökarlıq bu cür edir. Amma ilk dəqiqədən öz təəssüratını bildirən, nə öz etibarını itirməkdən, nə də dostunun həssas hisslərini təhqir etməkdən qorxmayan insan comərd insandır. [[Nikolay Qoqol]]