Həssas: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 15:
== Ə ==
* Əgər insanlar öz hökmdarlarının nə qədər eqoist və həssas olduğunu bilsəydilər, heç bir hökumət bir il yaşaya bilməzdi. [[Teodor Parker]]
* Əzab çəkmək ali zəka və həssas qəlbə malik olan insanlar üçün məcburiyyətdir. [[Fyodor Dostoyevski]]
 
== G ==
* Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. [[İşiquro Kazuo]]