Paulo Koelyo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 8:
* [[Alçaltmaq]] [[səhv]]dir, çünki [[axmaqlıq]] bir [[qüsur]]dur, amma elələri var ki axmaqlığı qüsursuzdur.
* [[Allah]]a [[xidmət]] eləməyin [[yol]]ları [[müxtəlif]] və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin [[tale]]yindir, get axtar onu. Yalnız [[xoşbəxt]] olan kəs [[xoşbəxtlik]] yaymağa qadirdir.
* Ancaq [[məhəbbət]] – [[həmişə]] ][[yeni]]dir. [[Həyat]]ın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının [[əhəmiyyət]]i yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, [[cəhənnəm]]ə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən [[imtina]] etmək olmaz, zira o, yaşamımızın [[qida]]sıdır. Ondan imtina etsək, [[həyat]] ağacının [[bar]]dan əyilmiş [[budaq]]larına baxa-baxa və o bardan cürət etmədən [[aclıq]]dan ölərik, halbuki, budur onlar – sadəcə [[əl]]ini uzatmalısan.
* Ancaq özün üçün seçəcəyin yerdə sən özünlə tam vəhdətdə olmalısan. Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın üzünə ləyaqət və cəsarətlə baxa bilməz.
* Arzu - gördüklərimiz deyil, təsəvvür etdiklərimizdir.