Səfalət: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 23:
== Y ==
* Yoxsulluq ayıb deyil, faktdır. Daha böyük həqiqət budur ki, sərxoşluq fəzilət deyil. Amma bədbəxtlik, möhtərəm cənab, bədbəxtlik rüsvayçılıqdır. Yoxsulluqda nəcib fitri hisslərini saxlaya bilərsən, səfalətdə heç vaxt! [[Cinayət və cəza (Fyodor Dostoyevski)]]
== Z ==
* Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələr əylənəsiniz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlar. Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandırmağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndlilərə, işçilərə, xalqın aşağı təbəqələrinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin! Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Qıraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi daha sağlam, daaha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bilmək imkanlarını izah edin!
 
Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının necə qoruna biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduqlarını başa salın.
Xalqımıza hər işi vaxtında görmək, nizamlı və intizamlı olmaq vərdişini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu işlərdə özünüz şəxsən hər kəsə nümunə olun! Özünüzə və xalqa yol göstərin!
 
Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də elə o gözlə baxın. Unutmayın ki, ən yoxsul kömürçü, satıcı, qulluqçu və dul qadın və eyni zamanda da hamısı birlikdə fin xalqını təşkil edir. Onlar sizin qardaşlarınız, həmvətənlərinizdir. Onlara təhsil vermək, onları mədəni, sivilizasiyada daha qədim olan millətlərin sırasına daxil etmək sizin vəzifələrinizdir.
 
Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkünü olması, xəstəliyi, səfaləti, əxlaqsızlığı və ümumiyyətlə bütün mənfi xüsusiyyətləri sizin utancınız və günahınızdır. <ref>Qriqoriy Petrov. Ağ zanbaqlar ölkəsi. Bakı, 2017, səh.20-21 </ref> [[Yohan Vilhelm Snelman]]
 
== İstinadlar ==