Fars dili: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 2:
== B ==
* Bizə məlumdur ki, türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır, ... fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. [[Əlişir Nəvai]]
== Ə ==
* Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. [[Anar]]
 
== F ==
* [[Fars dili]] camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə [[Azərbaycan dili|türk (Azərbaycan) dili]]ndə danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır.