Mark Avreli: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 7:
* Bir xeyirxah işi o biri xeyirxah işlə elə yanaşı qoymaq lazımdır ki, onlar arasında heç bir boşluq yaranmasın. Mən bunu həzz almaq adlandırıram.
* Bir şey sizin gücünüzdən kənardadırsa, o zaman bir insan üçün ümumiyyətlə mümkün olmadığına hələ qərar verməyin. Ancaq bir insan üçün mümkün olan və ona xas olan bir şey varsa, o zaman bunun sizin üçün mövcud olduğunu düşünün. <ref>Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 74</ref>
* Biz minilliklər boyu dünyaya mənəvi, estetik, dini tələblər qoyduğumuza, ona kor-koranə istəklə, ehtirasla və ya qorxu ilə baxdığımıza və özümüzü məntiqsiz düşüncənin pis vərdişlərinə buraxdığımıza görə, bu dünya getdikcə heyrətamiz dərəcədə rəngarəng, qorxulu, mənalı, ruhlu, rəng almışdır - lakin biz rəngkar olmuşuq: zahiri görünüşləri meydana çıxaran və öz səhv əsas anlayışlarını əşyalara daşıyan insan zəkasıdır.
* Biz varıqsa, ölüm yoxdur və ölümün bizə heç bir aidiyyəti yoxdur. Ölüm varsa, deməli biz artıq yoxuq.
* Bizim həyatımız – bizim onun haqqında nə düşündüyümüzdür.