Şərait: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 43:
* Menecerin işi motivasiya alovunu yandırmaq deyil, hər bir insanın şəxsi motivasiya qığılcımının alovlanması üçün şərait yaratmaqdır. [[Fridrix Herzberq]]
* Mən içki içmirəm, siqaret çəkmirəm və şərait məni boş-boşluğa vadar edəndə cansıxıcılıqdan fırıldaqçı olmaqda qərarlı olmaq düzgündür. [[Corc Bernard Şou]]
* Musiqini gözləri yumaraq dinləmək lazımdır. Çünki, gecə qaranlığını və zülmətini xatırladan bu şəraitdə hər cür formasız və görünməmiş xaos öz formasını alır və kosmosun bir parçasına çevrilir. [[Aleksandr Blok]]
* Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. [[Kazuo İşiquro]]