Ana: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 123:
 
== Ə ==
* Əgər analar atalarının cüzi qazancına görə evdən kənarda qazanclı iş axtarmalı olurlarsa, öz düzgün iş və vəzifələrinə, xüsusən də uşaqlarının tərbiyəsinə etinasız yanaşırlarsa, bu, nəyin bahasına olursa-olsun aradan qaldırılmalı olan dəhşətli sui-istifadədir. [[XI Piy]]
* Əgər bir filosof olmaq istəyirsinizsə, təhsilinizin zaman və məkanına, ana-babalarınızın və müəllimlərinizin sizə dediklərinə dayanan inanclardan əlinizdən gəldiyincə xilas olmağa çalışmalısınız. [[Bertran Rassel]]
* Əgər müəllim yalnız işi sevirsə, o yaxşı müəllim olacaqdır. Əgər müəllim şagirdi yalnız bir ata və bir ana kimi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işə, nə də şagirdlərə məhəbbəti olmayan müəllimdən daha yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. [[Lev Tolstoy]]