Ana: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 140:
* Heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. (Albert Emil Braşvogel).
* Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil. [[Höte]]
* Hər bir kişinin həyatında 3 qadının olması vacibdir: ana, həyat yoldaşı, və onu kişi hesab edən digər bir qadın. [[Qabriel Laub]].
* Hər kəs ağlar, amma analar başqa cür ağlar. [[Fars atalar sözləri]]
* Həyatımız ana təbiətin bizə bəxş etdiyi, parıltısı əməyimizi mükafatlandırana qədər cilaladığımız və parıldatdığımız qiymətli daşdan ibarət bir hədiyyədir. [[Alfred Nobel]]
* Hörmətli ol. Səndən yaşlı və ya üstün biri içəri girdiyi zaman ayağa qalx. Lakin hər şeydən əvvəl ailənə hörmət göstər. Ana və atanın əlinə su tök. Anana bol çörək ver və onu səni daşıdığı kimi daşı. O sənin böyük yükünü qaldırmışdı və səni üç il əmizdirmişdir. O, səni oxumaq üçün məktəbə aparmış və sənə evdən çörək və pivə gətirmişdir. [[Misir atalar sözləri]]