Ana: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 153:
* İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi. [[Leonard Koen]]
* İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır. [[Georq Vilhelm Fridrix Hegel]]
* İnana biləcəyiniz, sizə arxa duracaq yeganə bir insan var. Bu ananınızın əridir. [[Camal Sürəya]]
* İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır. [[Ziqmund Freyd]]